Ölkəmizdə redaktorların üzləşdiyi pronlemlər hansılardır?
09.10.2024 [16:26]
8 oktyabr 2024-ci il tarixində 8 gün davam edən X Beynəlxalq Kitab Sərgisi çərçivəsində redaktorlarla görüş təşkil olunub. "Yeni Azərbaycan" xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən bir çox nəşriyyatının redaktorları görüşdə nəşriyyatların və redaktorların üzləşdiyi problemlər haqqında çıxışlarını edib.
"Qədim Qala" nəşriyyatının baş redaktoru Sevda Məmmədova: "Təssüflə qeyd edirəm ki, ölkəmizdə ümummiyətlə redaktorların ixtisaslaşması yoxdur: "Bizdə redaktor deyəndə bir növ ibtidadi sinif müəllimi kimi nəzərdə tutulur və ondan gözləntilər çox olur. Hazırda kitab sahəsində daha çox naşirlərin çiyninə yük düşür. Dünyada 20-yə yaxın redaktor sahəsi var. Bizdə isə elmi, bədii və texniki redaktorlar mövcuddur.
Ümumiyyətlə, nəşriyyat sahəsindəki redaktorlar ayrı funksiyaları həyata keçrirlər. Dünyada kitab sahəsinə baxsaq, görərik ki, nəşriyyatlar da ixtisaslaşıb. Düşünürəm ki, bu bizdə də olmalıdır. Belə olduğu halda bizdə də redaktorlardan başqa tələblər olunmayacaq".
İmanyar Quliyev "Libra" nəşriyyatının baş redaktoru: "Uşaq ədəbiyyatında ən çox üzləşən problemlər tərcümə kitablarında dəyərlərə xas olmayan fikirlərin olmasıdır. Bəzən yerli müəlliflərin yazdığı mətnlərdə də ciddi problemlərlə üzləşirik. 50 yaşında olan bir müəllifin uşaq üçün yazdığı kitabı uşaq ruhunda yox, öz ruhunda olur. Əsərlər uşaq üçün yazılırsa uşaq ruhunda olmalıdır. Yaşlı nəsildə ən böyük problem 70/80 - ci illərin dili ilə yazmalarıdır. Lakin müasir dövr uşaq dili daha sadədir".
Toğrul Musayev "Parlaq İmzalar" nəşriyyatının baş redaktoru: "Redaktor olmaq üçün bu ixtisasi bitirmək şərt deyil. Sadəcə insanda ədəbiyyata, sözə, ana dilinə qarşı məhəbbətin olması və analitik düşünmə qabiliyyətinin olması əsas məsələdir. Bu prinsiplərdən tutaraq redaktor olmaq üçün bir xeyli yol qət etmək lazımdır. Redaktorluqdan baş redaktorluğa gedən yolda müəyyən proseslər var. Redaktor kitablar üzərində işlədikcə, tərcümələr elədikcə kifayət qədər təcrübə yığdıqdan sonra redaktor kimi işləyə bilər".
Cavid Qədir "Xan Nəşriyyatı" nın baş redaktoru: "Redaktorluğun sərhədi olmalıdır. Redaktor cümləyə əlavə fikir üçün müdaxilə edə bilməz. Bu artıq müəllif hüququnun pozulması deməkdir. Redaktor üzərində işlədiyi kitabı anlamalı, müəllifin verdiyi mətni başa düşməli və sonra redaktə işinə başlamalıdır. Bizdə sistem o qədər dağınıqdır ki, bunların heç biri yerində deyil. Nə naşir, nə redaktor öz funksiyasını tam yerinə yetirə bilmir. Mən Xan Nəşriyyatının baş redaktoruyam, bazar o qədər kiçikdir ki, bizim nəşriyyat 10 redaktor cəlb edə bilmir. Bu da bizim iş yükümüzü artırır".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

