Naxçıvan “GreenFest”ə hazırlaşır
09.10.2024 [11:19]
İqlim dəyişmələri ilə mübarizəyə qlobal müstəvidən yanaşan Azərbaycan 11-22 noyabr tarixlərində bütün dünyanın maraqla gözlədiyi COP29-a ev sahibliyi edəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə mötəbər tədbirin ölkəmizdə yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülür, lazımi infrastruktur yaradılır. Dövlət başçısı tərəfindən yaşıl enerji zonası elan edilən Naxçıvan Muxtar Respublikasında da iqlim dəyişikliyi ilə mübarizə, təhlükəsiz və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə sahəsində innovativ layihələr icra olunur, müxtəlif tədbirlər keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq Naxçıvan şəhərində “GreenFest” festivalı keçiriləcək. Oktyabrın 26-sı saat 11:00-da “Saat Meydanı” İstirahət Mərkəzində başlayacaq tədbirdə ekoloji sərgilər, startap təqdimatları, müxtəlif əyləncəli fəaliyyətlər, oyunlar təşkil olunacaq, mövzuya uyğun stendlər nümayiş etdiriləcək. Rəsmilərin də iştirakı ilə önəmli məsələlərin panel müzakirələri, o cümlədən maarifləndirici, təşviqedici aksiyaların və digər fəaliyyətlərin icrası nəzərdə tutulub. Axşam saatlarından etibarən isə “Greenfest”də canlı musiqi dinləmək imkanı olacaq.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Dövlət Energetika Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi əhalinin diqqətini ekoloji problemlərin birgə həllinə yönəltmək, muxtar respublikanın təbii resurslardan səmərəli istifadə imkanlarını və yaşıl enerji potensialını nümayiş etdirmək, eyni zamanda, COP29 məqsədlərinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə verməkdir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

