Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan Qazaxıstanda keçirilən böyük tibb forumunda təmsil olunub

Azərbaycan Qazaxıstanda keçirilən böyük tibb forumunda təmsil olunub

04.10.2024 [23:56]

Almatıda daxili xəstəliklər üzrə mütəxəssislərinin Birinci Milli Konqresi keçirilir.

AZƏRTAC Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, tədbir bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan daxili xəstəliklərin müxtəlif istiqamətləri üzrə mütəxəssisləri bir araya gətirib.

Konqresdə həm onlayn, həm də oflayn rejimində 3300-dən çox mütəxəssis iştirak edir. İştirakçılar arasında Qazaxıstanın bütün bölgələrindən terapevtlər, ümumi təcrübə həkimləri, endokrinoloqlar, kardioloqlar, nevroloqlar, pulmonoloqlar, qastroenteroloqlar və digər mütəxəssislər var.

Konqresin əsas məqsədi daxili xəstəliklərin aktual istiqamətlərində təcrübə mübadiləsinin aparılması, diaqnostika və müalicədə qlobal tendensiyaların müzakirə edilməsidir.

Proqram çərçivəsində beynəlxalq ekspertlərin çıxışları, panel diskussiyalar və təcrübə sessiyaları nəzərdə tutulub.

Mütəxəssislər fənlərarası qarşılıqlı əlaqə məsələlərini və xəstəliklərin müalicəsinə yanaşmaları müzakirə edirlər, bu isə qabaqcıl metodları yerli həkimlərin təcrübəsində tətbiq etməyə imkan verəcək.

Paylaş:
Baxılıb: 753 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31