/ / Baş prokuror: Qoşulmama Hərəkatı təşkilatı çərçivəsində Efiopiya ilə əməkdaşlıq yüksək səviyyəyə çatıb
Baş prokuror: Qoşulmama Hərəkatı təşkilatı çərçivəsində Efiopiya ilə əməkdaşlıq yüksək səviyyəyə çatıb
29.09.2024 [21:32]
Sentyabrın 29-da Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Ədliyyə Nazirliyinin dövlət naziri Tesfaye Vakjiranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Tesfaye Vakjiranı ötən ilin dekabr ayında vəzifəyə təyin olunması münasibətilə təbrik edən baş prokuror Kamran Əliyev Qoşulmama Hərəkatı təşkilatı çərçivəsində Efiopiya ilə əməkdaşlığın yüksək səviyyəyə çatdığını və münasibətlərin gündən-günə möhkəmləndiyini qeyd edib.
Ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Kamran Əliyev müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan baş prokuror, belə beynəlxalq tədbirlərin dünya ölkələri arasında birliyin möhkəmlənməsinə böyük töhfə verdiyini diqqətə çatdırıb.
Kamran Əliyev efiopiyalı həmkarını noyabrın 15-də Azərbaycan Respublikası Baş Prokurorluğu ilə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (UNODC) Bakıda keçiriləcək yüksək səviyyəli plenar iclasına dəvət edib.
Baş prokuror Kamran Əliyev iki ölkənin prokurorluq və ədliyyə orqanları arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətindən, ölkələrimizin “ASAN xidmət” konsepsiya çərçivəsində gördüyü işlərin mövcud qarşılıqlı münasibətlərin inkişafına müsbət təsirindən danışıb.
Nümayəndə heyətinin rəhbəri səmimi qəbula görə minnətdarlığını ifadə edərək iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafı üçün əlverişli səmimi mühitin olduğunu qeyd edib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
Xəbər lenti
Hamısına baxSosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17

