Tailand Krallığının Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub
11.09.2024 [16:56]
Sentyabr ayının 11-də Tailand Krallığının Xarici İşlər Nazirliyinin və aidiyyatı qurumlarının nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub. Mərkəzin icraçı direktoru Rəvan Həsənov qonaqlara Azəbaycan multikulturalizmi və Azərbaycanın multikulturalizm siyasəti haqqında məlumat verib. O bildirib ki, Azərbaycanda multikultural dəyərlər əsrlərdən bəri son dərəcə önəmli yer tutur, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələri heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşayırlar. İcraçı direktor vurğulayıb ki, multikulturalizm Azərbaycanda tarixən formalaşsa da, onun siyasi əsasları Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən yaradılıb. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə multikulturalizm dövlət siyasəti səviyyəsinə yüksəlib. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
Yeniazerbaycan.com xəbər verir ki, Rəvan Həsənov BBMM-in fəaliyyətindən də bəhs edib. O diqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan BBMM beynəlxalq statusa malikdir və azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm layihələr həyata keçirir. Mərkəzin təşkilatçılığı ilə dünyanın nüfuzlu universitetlərində “Azərbaycan Multikulturalizmi” fənni tədris edilir. “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamı olaraq xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün qış və yay məktəbləri təşkil olunur. Bildirib ki, Mərkəz həm də mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək məqsədilə beynəlxalq konfransların təşkili üçün platforma rolunu oynayır.
İcraçı direktor Zəfərlə başa çatan Vətən müharibəsindən də danışıb. O vurğulayıb ki, Qarabağ münaqişəsini bəzən dini və etnik münaqişə kimi təqdim edirdilər. Amma bu tamamilə yanlışdır. Çünki Qarabağ münaqişəsi Ermənistanın Azrbaycanın tarixi torpaqlarını işğal etməsinin nəticəsi idi. Bu münaqişə Azərbaycanda yaşayan bütün xalqların Prezident İlham Əliyevin ətrafında Dəmir yumruq kimi birləşərək, ölkəmizin ərazi bütövlüyünü təmin etməsi ilə sona çatdı.
Qonaqlar həmçinin Azərbaycan multikulturalizmindən bəhs edən film izləyiblər.
Görüşdə multikulturalizm sahəsində təcrübə mübadiləsi aparmaq istiqamətində qarşılıqlı əməkdaşlıq müzakirə olunub. Qonaqların sualları cavablandırılıb.
Sonda nümayəndə heyəti adından xatirə hədiyyəsi verilib. Eyni zamanda qonaqlara BBMM-in nəşrləri təqdim olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

