Türkiyədə 9-cu COIA-24 konfransi kecirilir
28.08.2024 [21:39]
Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İstanbul Cerrahpaşa Universiteti, Ağrı İbrahim Çeçen Universiteti və Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (The 9th International Conference on Control and Optimization with Industrial Applications) mövzusunda 9-cu beynəlxalq elmi konfrans (COIA-2024) avqustun 27-də Türkiyədə, İstanbul Cerrahpaşa Universitetində hibrid formatda öz işinə başlayıb.
Konfransın açılışında Türkiyə Böyük Millət Məclisinin millət vəkili Şamil Ayrım, İstanbul Cerrahpaşa Universitetinin rektor yardımcısı professor Erol İncə, “Katoder” şirkətinin rəhbəri Sabiha Gül Doğan, konfransın təşkilat komitəsinin həmsədrləri akademik Fikrət Əliyev və Ahmet Ocak Akdemir çıxış etdilər. Fikrət Əliyev ilk olaraq Azərbaycan Respublkası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazini Rəşad Nəbiyevin təbrik mesajını konfrans iştirakçılarınin diqqətinə çatdırdı.
Daha sonra dəvətli məruzəçi Milano Texniki Universitetinin professoru Patrisio Kolaneri məruzə etdi. Məruzə konfrans iştirakçılarının böyük marağına səbəb oldu. Sonra canlı və online iclaslar öz işini davam etdirdi.
Ənənəvi olaraq təşkil olunan və 3 gün davam edəcək tədbirdə idarəetmə və optimallaşdırma sahəsində dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislər bir araya toplanaraq, idarəetmə nəzəriyyəsi, optimallaşdırma, intellektual sistemlər, qeyri-səlis idarəetmə, hesablama metodları, şəbəkə və telekommunikasiya, riyazi modelləşdirmə və simulyasiya, sənaye və iqtisadiyyatda tətbiqlər, identifikasiya və digər mövzular ətrafında müzakirələr aparacaq.
Tədbirdə dünyanın 30-dan artıq ölkəsindən 200- dən çox riyaziyyatcı alim və ekspert, o cümlədən optimal və idarəetmə sahəsində çalışan 7 dəvətli məruzəçi iştirak edir. Həmçinin Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru akademik Fikrət Əliyevin rəhbərlik etdiyi 20 nəfərdən çox nümayəndə heyəti ölkəmizi yüksək səviyyədə təmsil edir.
Bu konfransın keçirilməsi artıq ənənə halına gələrək dünya elmi ictimaiyyəti tərəfindən qəbul olunmuş və dünyanın ən nüfuzlu konfranslarının sırasında öz yerini tapıb. Təşkilat Komitəsi və Proqram Komitəsinə 20 ölkədən ən tanınmış alimləri cəlb edilib. Konfransın əsas məramlarından biri iştirakçıların təmsil etdikləri ölkələr və institutlar arasında elmi əlaqələrin daha da genişləndirilməsinə, alınan yeni nəzəri nəticələrin sənayenin müxtəlif sahələrinə tətbiq olunmasına yardımçı olmaqdan ibarətdir. Optimallaşdırma və idarəetmə hal-hazırda ən aparıcı və aktual elm sahələrindən biridir. Qərarların qəbul edilməsində, iqtisadi məsələlərin həllində, çoxsaylı elmi tədqiqatların aparılmasında, mürəkkəb texniki sistemlərin layihələndirilməsində və s. sahələrdə optimallaşdırma və optimal idarəetmə problemləri həmişə ön plandadır. Çünki, elə sahə yoxdur ki, bu elm sahələri oraya tətbiq olunmasın və cox lazımlı tətbiqlərini sənayedə, iqtisadiyatda tapmasın.
Konfransda idarəetmə və optimallaşdırma sahəsində dünyanın ən tanınmış mütəxəssisləri Enrique Zuazua (Almaniya), Volker Mehrmann (Almaniya), Radu-Emil Precup (Rumıniya), Patrizio Colaneri (İtaliya), Adil Bagirov (Avstraliya), Tufan Kumbaşar (Türkiyə), Hasan Demirel (Kuzey Kıprız Türk Cümhuriyyəti) dəvətli məruzəci kimi iştirak edəcəklər.
COIA-2024 ilk dəfə olaraq IEEE Türkiyə Bölməsindən texniki cəhətdən dəstəklənir. Qəbul edilmiş məqalələr IEEE Xplore-a daxil olmaq üçün təqdim ediləcək. Həmçinin qəbul edilmiş və konfransda məruzə edilən bütün məqalələr Web of Science: Conference Proceedings Citation Index bazasında indekslənmək üçün təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxGündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29

