/ / Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb: ilk tədris ilində 87 tələbə təhsil alacaq
Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb: ilk tədris ilində 87 tələbə təhsil alacaq
24.08.2024 [19:17]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Bakıda fəaliyyəti qurulan Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb.
Türkiyənin Ali Təhsil Şurası (Yükseköğretim Kurulu - YÖK) və Azərbaycanın Elm və Təhsil Nazirliyinin birlikdə idarəetməsi ilə yeni universitet modeli kimi yaradılan Türkiyə–Azərbaycan Universitetinə abituriyentlər böyük maraq göstəriblər.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Türkiyə–Azərbaycan Universitetin birinci kursunda Kompüter mühəndisliyi və Sənaye mühəndisliyi fakültələrinin hər birində 30 nəfər, Qida mühəndisliyi fakültəsində 27 nəfər olmaqla ümumilikdə 87 tələbə ali təhsil alacaq.
Universitet 2024–2025–ci tədris ilindən fəaliyyətə başlayacaq.
Türkiyə–Azərbaycan Universitetinin Kompüter mühəndisliyi fakültəsinə qəbul üçün ən yüksək bal 684,9, ən aşağı bal isə 641,6 olub. Sənaye mühəndisliyi fakültəsi ən yüksək bal – 663,7, ən aşağı bal isə 544,4 olmaqla tələbə qəbul edib. Qida mühəndisliyi fakültəsində ən yüksək bal 632,8 olduğu halda bu bölmənin baza balı 452,1 olub.
Türkiyənin aparıcı universitetlərinin proqramlarına əsasən təhsil veriləcək Türkiyə–Azərbaycan Universiteti “çətir universitet” funksiyasını yerinə yetirəcək. Universitet ilk dəfə proqramlarını açmaq əvəzinə təhsil fəaliyyətini davam etdirən və bu mövzuda özünü sübut etmiş universitetlərin proqramlarını özündə birləşdirəcək. Beləliklə, 2024–2025-ci tədris ilində Türkiyə–Azərbaycan Universitetində açılan kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTÜ) qida mühəndisliyi ixtisasında Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək.
Türkiyə–Azərbaycan Universitetində bu proqramları uğurla başa vuran tələbələr müvafiq universitetlərin diplomlarını alacaqlar.
Xatırladaq ki, Türkiyə ilə Azərbaycan arasında elmi və texnoloji əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair anlaşma memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Elm və Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurası arasında imzalanıb. Müqaviləni Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzayıblar.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 10:41
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25

