Xalqımızın Yeni Azərbaycan Partiyasına rəğbəti böyük, inamı sonsuzdur
23.08.2024 [16:01]
46 saylı Sumqayıt beşinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Elnarə Akimovanın yap.org.az-a müsahibəsini təqdim edirik:
- Elnarə xanım, ölkəmiz 1 sentyabr – növbədənkənar parlament seçkiləri ərəfəsindədir. Azərbaycan bu seçkilərə hansı reallıqlar fonunda gedir?
- Ən böyük reallıq 8 noyabr - Zəfərlə başlanan və 20 sentyabr - dövlət suverenliyinin bərpası ilə tamamlanan missiyanın hamıya ərməğan etdiyi yeni Azərbaycandır. Biz dörd ildir ki, yeni Azərbaycanın vətəndaşı olaraq qürurluyuq. Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2024-cü il fevralın 14-də inaqurasiya mərasimində yeni tarixi mərhələnin başlandığını bəyan etdi. Aydın məsələdir, 30 illik bir dönəmin özü ilə gətirdiyi proseslər tarixə qovuşmaqdadır. Biz o günlərə tarix kimi yanaşacağıq. Təbii ki, unutmamaq, yaddaşda qorumaq şərti ilə. Amma artıq diskurs dəyişib. Qələbə qazanmış ölkənin öz reallıq və çağırışları var. Bu reallıqlar bütün sahə və istiqamətlərdə yenilənmə tələb edir.
Əlbəttə ki, bu yeniliklər Ümummilli Lider Heydər Əliyevin prinsip və ideyalarını qorumaq, yaşatmaqla həyata keçməlidir. Çünki Heydər Əliyevin sözü, işi, ideya və əməlləri gündəlik həyatımızın tərcümanıdır -gücümüzü təyin edir, yol göstərir, işıq tutur. Biz bu adla dünənimizi dəyərləndirir, gələcəyimizə inamlı yanaşırıq. Azərbaycan Respublikasının Prezidenti də elə bu adın, bu imzanın ona aşıladığı səriştə və güclə qələbələr qazanır. Ölkə başçısının qeyd etdiyi kimi: “Azərbaycanın 1969-cu ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Tarixi bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir”.
Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideoloji konstruksiyası özündə çox mühüm taleyüklü amilləri ehtiva edirdi. Prezident İlham Əliyev Ümummilli Liderin inkişaf strategiyasına sadiq qalaraq milli maraqlara söykənən yeni, müasir siyasi ideologiyanı qorumağı bacardı. 44 günlük Qələbə bu ideologiyanın ərsəyə gətirdiyi əməli mündəricənin nəticəsi idi. Prezident İlham Əliyev yalnız 30 il işğalda qalan torpaqlarımızı sahibinə qaytarmadı, o, 2023-cü il 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan Respublikasının Bayrağını yüksəltməklə Qarabağ adlı 270 illik bir yaramızı sağaltdı.
Bütün dünyaya bəllidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sülh yolu ilə, işğalçı Ermənistan ordusunu Azərbaycan torpaqlarından dinc yolla, beynəlxalq ictimaiyyətin və böyük dövlətlərin təzyiqi ilə çıxarmaq üçün çox addımlar atıb. Ölkə başçısı 2023-cü il 15 oktyabr tarixində Xankəndi şəhərində çıxışında bunu xüsusi vurğulayaraq qeyd etdi ki, “Azərbaycan xalqı yaxşı bilir və əminəm ki, dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsini sülh yoluyla həll etmək istəyirdik... Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər...”.
Bütün bu cəhdlər, əlbəttə ki, Azərbaycan Prezidentini dünyada prinsipial, sülhsevər lider və ədalət tərəfdarı kimi tanıtdı. O, müharibə və humanizm fəlsəfəsini bir araya cəm edib sonadək ədalətli qala bilməyin nümunəsini sərgilədi.
Qalib ölkənin vətəndaşı olmaq necə böyük qürur yaşadırsa, ədalətli savaş aparan bir ölkənin vətəndaşı olmaq da böyük məmnunluq və iftixar doğurur. Möhtərəm Prezidentimizin Xankəndidə dalğalandırdığı bayraq, özünün dediyi kimi, orada əbədi qərar tutacaq. Azərbaycanın qalibiyyət simvolu kimi hər zaman dalğalanıb ölkə başçısının qüdrətini, qəhrəman əsgərinin hünər dastanını gələcək nəsillərə daşıyacaq.
İlk dəfədir ki, ölkəmizdə parlament seçkiləri suverenliyimizin tam bərpa edildiyi şəraitdə keçirilir. Bu, bütöv Azərbaycanın ilk parlament seçkisidir. Uzun illərdən sonra ilk dəfədir ki, millət vəkilliyinə namizədliyi qeydə alınmış şəxslər Qarabağ kimi taleyüklü məsələnin həllindən deyil, Zəfərdən, əldə olunan uğurlardan, Qarabağ və Şərqi Zəngəzurdakı dirçəlişdən, həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən, Böyük Qayıdış Proqramından danışırlar.
- Bəs qarşıda dayanan əsas hədəflər barədə nə deyə bilərsiniz?
- Bilirsiniz, ideologiya sağlam olanda və ona sadiqlik prinsipi qorunanda başlıca məqsədlər dəyişmir. Əsas hədəf, əlbəttə ki, siyasi sabitlik və milli birliyin qorunmasıdır. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının daha da yaxşılaşması, ordunun gücünün artırılması, vətənpərvər gəncliyin yetişdirilməsi, Böyük Qayıdış Proqramının ardıcıl olaraq həyata keçirilməsi və s. əsas hədəflərdir.
- Elnarə xanım, seçicilərin 1 sentyabr – növbədənkənar parlament seçkiləri ilə bağlı əhval-ruhiyyəsi necədir?
- Qeyd edim ki, qazanılan qələbələr xalqda böyük coşqu və inam yaradıb. Xalqımızın Yeni Azərbaycan Partiyasına rəğbəti böyük, inamı sonsuzdur. Partiyamız bu zamana qədər ona bəslənən etimadı qorumağı bacardı. Ona görə insanlar seçkilərə gedərək Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olacaqlarını bildirirlər. Bu, əlbəttə ki, ən doğru seçimdir. Çünki sabahlı bir gələcəyin qurulması yalnız ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasəti sayəsində mümkündür. Bu mənada, seçiciləri fəal olmağa, onları dövlətimizin adının daha yüksəklərə qaldırılması, davamlı zəfərlərə imza atılması üçün layiq bildikləri namizədlərə səs verməyə çağırıram.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

