Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ATƏT/DTİHB müşahidəçiləri Beyləqanda seçkiyə hazırlıq prosesini izləyiblər

ATƏT/DTİHB müşahidəçiləri Beyləqanda seçkiyə hazırlıq prosesini izləyiblər

20.08.2024 [13:20]

“83 saylı Beyləqan Dairə Seçki Komissiyasında qeydə alınmış 6 namizəd mübarizə aparır. Namizədlərin seçkiqabağı təşviqat kampaniyasında qanunvericiliyə uyğun olaraq, bərabər şərait yaradılıb. Bütün məntəqələrdə qapalı və açıq görüş yerləri ayrılıb, o cümlədən, təşvqiqat lövhələri yerləşdirilib”.

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Dairə Seçki Komissiyasının (DSK) sədri Zakir Vəlişov deyib.

DSK sədri qeyd edib ki, sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə dairə üzrə 667 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

“Dairə üzrə 59 daimi, 2 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. 7 məntəqədə veb-kamera, 14 məntəqədə pandus quraşdırılıb. Dairədə qeydiyyatdan olan seçicilərin sayı 55 min 169-dur. Ən yaşlı seçicinin 108 yaşı var. 700-dən çox yerli müşahidəçi qeydiyyatdan keçib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçiləri Dairə Seçki Komissiyasında və 2 seçki məntəqəsində seçkiyə hazırlıq prosesi ilə tanış olublar”, - deyə DSK sədri  əlavə edib. 

Paylaş:
Baxılıb: 564 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31