Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / DSK sədri: Təşviqat kampaniyasında bütün namizədlər üçün bərabər şərait yaradılıb

DSK sədri: Təşviqat kampaniyasında bütün namizədlər üçün bərabər şərait yaradılıb

11.08.2024 [16:26]

“64 saylı Salyan seçki dairəsi sentyabrın 1-də keçiriləcək Milli Məclis seçkilərinə tam hazırdır. Dairə üzrə mövcud olan 48 seçki məntəqəsi tam təchiz olunub, veb-kameralar və panduslar quraşdırılıb”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Dairə Seçki Komissiyasının sədri Fuad Muradov deyib.
O bildirib ki, DSK üzvləri Mərkəzi Seçki Komissiyasının aşağı seçki komissiyaları üçün təşkil etdiyi treninqlərdə iştirak edirlər. Məntəqə seçki komissiyalarının üzvlərinin də treninqlərdə iştirakı nəzərdə tutulur.

F.Muradov namizədlərin təbliğat-təşviqat kampaniyasına qanunvericiliyə uyğun şəkildə şərait yaradıldığını diqqətə çatdırıb. “Dairədə 9 namizəd seçkidə mübarizə aparacaq. Hər bir namizədin təşviqat kampaniyasını aparması üçün bərabər şərait yaradılıb. Namizədlərin seçicilərlə görüşü üçün açıq və qapalı yerlər ayrılıb, məntəqələrdə təbliğat tabloları yerləşdirilib”, - DSK sədri bildirib.

Paylaş:
Baxılıb: 442 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31