Əli Kərimlinin “sərinkeşi”...
22.06.2024 [09:30]
AXCP sədrinin gülünc məntiqi: yay istidir, qış soyuq...
Bu ilin payızında, daha konkret noyabr ayında Azərbaycan qanunvericiliyinə əsasən ölkədə növbəti parlament seçkiləri keçirilməli idi. Zaman etibari ilə başqa bir beynəlxalq əhəmiyyətli tədbir - COP29-da həmin dövrə təsadüf edir. Bu iki mühüm siyasi-ictimai hadisənin üst-üstə düşməsi ilə bağlı Yeni Azərbaycan Partiyası İdarə Heyəti Milli Məclisin vaxtından əvvəl buraxılması ilə bağlı təşəbbüslə çıxış edib. Qeyd edək ki, məsələ ilə bağlı ictimaiyyətdə müzakirələr gedir - hətta bir müddət öncə MSK sədri məzahir Pənahov da seçkilərin vaxtının qabağa çəkilməsi ehtimalı ilə bağlı fikirlərini bölüşmüşdü.
Redikül müxalifət bu təşəbbüsü də ənənəvi olaraq “top-tüfənglə” qarşılayıb. Seçkinin nəticələrinə indidən kölgə salmaq üçün min bir oyundan çıxan rediküllər olduqca “unikal” səbəblər uydurmağa başlayıblar. Məsələn, AXCP sədri Əli Kərimli parlament seçkilərinin “yayın cırhacırında - avqust ayında” keçirilməsinə “etiraz” edir. Təbii ki, fakt ortadadır - Ə.Kərimli bununla birinci növbədə partiya adlandırdığı dərnəyinin gücsüzlüyünü, zəifliyini ört-basdır etməyə çalışır. Dünənə qədər xalqın mənafeyinin əksinə istiqamətlənmiş maraqların “sözçüsü” kimi çıxış edən Ə.Kərimli bu gün yersiz və əsassız “uydurma bəhanələrlə” siyasi hadisə olan seçkidən “yan ötmək” istəyir. Amma ilk baxışdanca uğursuzluğu boyda rişxəndi və gülünclüyü özündə əks etdirən bu “iddiların” daha çox seçkidən yayınmaq, “imtahandan gizlənmək” mahiyyəti daşıdığı üzə çıxır.
Xatırladaq ki, 2020-ci ilin fevralın 9-da baş tutmuş VI çağırış parlament seçkiləri ərəfəsində redikül müxalifət “qışın soyuğunda nə seçki” deyə “yaxalarını” kənara çəkmişdilər. Hətta bu ilin fevralında baş tutan prezident seçkiləri ilə bağlı mövqelərində də qış fəslindən “şikayətlənmə” önə çıxmışdı. İndi isə “yayın cırhacır istisindən” şikayətlənirlər - indi nə etməli, redikül müxalifət üçün yeni, 5-ci fəsilmi icad edilməlidir? Yayın istisindən şikayət edən Əli Kərimli deyəsən unudur ki, 1992-ci ildə onların zorla hakimiyyəti qəsb etmələrinin legitimləşdirilməsi üçün keçirilən prezident seçkiləri də yaya - iyun ayının 7-nə təsadüfi edirdi. Bəs niyə Ə.Kərimli o axtı özünün “cəbhədaşlarına” demirdi ki, iyunun istisində seçki olar?
Seçki ilə bağlı uydurma bəhanələrdə hər şeyə rast gəlinmişdi - bir fəsildən şikayətlənmə qalmışdı. Amma bu da təsadüfi deyil. Ölkəmizdə şəffaf və demokratik seçkilərin keçirilməsi üçün bütün şərait var:
-Ölkəmizdə yeni siyasi situasiya formalaşıb;
-Siyasi partiyalar haqqında yeni qanun qəbul edilib;
-Yeni siyasi konfiqurasiya yaranıb.
Onsuz da həm Konstitusiya, həm də Seçki Məcəlləsi ölkədəki siyasi qüvvələrə, siyasi təşkilatlara bərabər rəqabət imkanları tanıyır - bu mənada, qanunvericilik növbəti parlament seçkilərinin də hansı fəsildə keçirilməsi məsələsində hər hansı bir fərqli situasiya tanımır. Seçki Məcəlləsinə əsasən, bütün siyasi qüvvələrə bərabər hüquqlar tanınır, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Ə.Kərimli isə həm də “sərin fəsil” axtarışındadır...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36

