Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Koreyanın İNHA Universitetində Azərbaycan multikulturalizmi ilə bağlı mühazirələr dinlənilib

Koreyanın İNHA Universitetində Azərbaycan multikulturalizmi ilə bağlı mühazirələr dinlənilib

10.06.2024 [12:59]

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Koreyanın İNHA Universiteti ilə imzaladığı əməkdaşlıq müqaviləsinə əsasən, İNHA Universitetində “Multikulturalizm və interkulturalizm” kursu çərçivəsində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Kursa magistr, fəlsəfə doktoru və yerli mütəxəssislər dinləyici kimi cəlb olunublar. Kurs iştirakçılarına İNHA Universitetinin professoru Yünsub Oh və doktorant Leyla Məsimli multikulturalizmin Azərbaycan modeli haqqında mühazirələr oxuyublar.

Azərbaycan Multikulturalizmini öyrənən koreyalı tələbələrin Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi çərçivəsində Azərbaycana gəlməsi də planlaşdırılır.

Qeyd edək ki, İNHA Universiteti mühəndislik, biznes inzibatçılığı, tibb, sosial elmlər sahəsində Cənubi Koreyanın lider universitetlərindən biridir. Reytinqə görə Cənubi Koreyada 189 universitet arasında 8-ci yerdə olan İNHA Universitetinin dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələri var. 20 mindən çox tələbəsi olan universitetdə müxtəlif tədqiqatlar aparılır.

Xatırladaq ki, “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini BBMM 2015-ci ildən həyata keçirir. Hazırda bu layihə çərçivəsində dünyanın 26 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur.

Paylaş:
Baxılıb: 869 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30