Euronews: Azərbaycan və BƏƏ bərpa olunan enerji layihələri həyata keçirir
06.06.2024 [11:39]
“Euronews” telekenalının saytında Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdə ümumi gücü 1 qiqavat olan üç genişmiqyaslı Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi istiqamətində birgə əməkdaşlığından bəhs edən məqalə yayımlanıb.
AZƏRTAC xəbər verir ki, məqalədə layihələrin təməlqoyma mərasiminin iyunun 4-də keçirilən Bakı Enerji Forumu çərçivəsində baş tutduğu bildirilib. Bildirilir ki, Prezident İlham Əliyev layihələrin əhəmiyyətini vurğulayaraq BƏƏ-nin “Masdar” şirkətinin bərpaolunan enerji sahəsində Azərbaycanın strateji tərəfdaşı olduğunu xüsusi qeyd edib.
Yazıda bildirilir ki, layihələrə Biləsuvarda 445 MVt gücündə Günəş elektrik stansiyası, Neftçalada 315 MVt gücündə Günəş elektrik stansiyası, Abşeron-Qaradağda 240 MVt gücündə külək elektrik stansiyası daxildir. Stansiyaların ümumi illik orta enerji istehsalı 2 milyard 3025 milyon kilovat-saat elektrik enerjisi təşkil edəcək ki, bu da illik 496 milyon kubmetr təbii qazın qənaətinə və 943 min tondan çox karbon qazı emissiyasının qarşısının alınmasına səbəb olacaq.
Məqalədə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, “Masdar” şirkətinin rəhbəri və COP28-in prezidenti Sultan Əhməd Əl-Cabirin fikirləri də əks etdirilib: "Biz Azərbaycanla bərpaolunan enerji potensialının genişlənməsi sahəsində tərəfdaş olduğumuz üçün qürur duyuruq. Azərbaycanın enerjinin şaxələndirilməsinə nail olmaq, yeni sənayelər, yeni iş yerləri və davamlı iqtisadi inkişaf yaratmasını dəstəkləyirik”.
Sultan Əhməd Əl-Cabir nizamlı və müstəqil enerji keçidini təmin etmək üçün belə tərəfdaşlıqların önəminə toxunub və qeyd edib ki, BƏƏ və Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji potensialının üç dəfə artırılmasını qarşısına məqsəd qoyub.
Məqalədə Prezident İlham Əliyevin “yaşıl keçid”lə bağlı fikirlərindən də sitat gətirilib: "Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi vəzifəmiz yaşıl keçidin ilk cərgələrindən olan ölkələr sırasında olmaqdır”.
Bildirilib ki, Bakı Enerji Həftəsi dünya enerji sektorunun ən əhəmiyyətli hadisələrindən biridir və 37 ölkədən 300-dən artıq şirkət enerji həftəsində iştirak edib. Tədbir çərçivəsində daha təmiz enerji həllərinə keçmək, süni intellektdə irəliləyişlər, eləcə də iqlimin müsbət davamlı inkişafının sürətləndirilməsinə kömək məqsədilə inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın təmini ilə bağlı çağırışlar olub.
Xəbər lenti
Hamısına baxDünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30

