Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bu yay  hansı geyimlər dəbdə olacaq? 

Bu yay  hansı geyimlər dəbdə olacaq? 

04.06.2024 [15:30]

Baxımlı olmaq və gözəl görünmək üçün tələb olunan şərtlərdən biri də geyimdir. Cəmiyyətimizə baxanda   görərik ki, qadınlar kişilərə nisbətən daha çox dəblə ayaqlaşmağa can atırlar. Mütəxəssislər bildirirlər ki, seçdiyi geyimlər bir çox hallarda insanların ruh halından xəbər verir. Artıq yay fəslinə daxil olmuşuq. Bu fəsildə isə xanımlar daha çox parlaq geyimlərdən istifadə etməyə üstünlük verirlər.

Modelyer Şəlalə Maqsudova "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, 2024 - ci ildə dəb aləmində həm rəng, həm biçim baxımından bəzi dəyişikliklər olacaq: "Yay aylarında xanımlar şux, rəngli və açıq tonlara daha çox  üstünlük verirlər.  Lakin dizaynerlər bu yay mövsümündə qırmızı, yaşıl  və yasəmən  rənglərinə üstünlük verirlər. Hansı rənglərin dəbdə olmasından aslı olmayaraq xanımlarımızın sevdiyi rənglər var ki, qarderoblarında məhz həmin  rənglər çoxluq təşkil edir".

Biçim formalarına gəlincə isə mütəxəssis qeyd edir ki,  boş və uzun yarım klyoş, valanlı  geyimlər daha dəbdə  olacaq: "Yay fəslində xanımlar daha rahat geyimlərə müraciət edirlər. Hansı rəngin və biçim formalarının dəbdə olmasından asılı olmayaraq xanımlar öz tərzlərini tapmalı və geyinməlidirlər".

Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 760 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30