Andjey Duda Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentini təbrik edib
29.05.2024 [19:30]
Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident.
Müstəqilliyin elan edilməsinin və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-cı ildönümü münasibətilə Polşa Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə, eləcə də bütün Azərbaycan vətəndaşlarına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Polşa ilə Azərbaycan arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinə, eləcə də ümumi qəhrəmanlarımızın - general Maçey Sulkeviç və polkovnik Vəli bəy Yadigarın tarixi irsinə istinad edərək Sizi əmin etmək istərdim ki, Polşa həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatların forumlarında, həm də Avropa İttifaqı çərçivəsində qardaş xalqlarımız üçün faydalı əməkdaşlığın bütün sahələrini əhatə edən əlaqələrimizin daha da inkişafına daim sadiqdir.
Azərbaycan Respublikası bizim üçün Cənubi Qafqaz regionunda mühüm tərəfdaşdır. 2017-ci ildə Varşavaya səfəriniz zamanı imzalanmış Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə münasibətlərimizin inkişaf istiqamətlərini müəyyən edən sənəd olaraq qalır. Polşa iqtisadi əməkdaşlığımızın daha da inkişaf etdirilməsində və ölkələrimizin daim artan iqtisadi potensialına uyğun səviyyəyə çatdırılmasında xüsusilə maraqlıdır"
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31

