“Arbitraj haqqında” Qanun beynəlxalq tələblərə uyğundur
23.05.2024 [11:03]
“Arbitraj haqqında” Qanun beynəlxalq model qanunun tələblərinə uyğundur. Məlum olduğu kimi, “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu 2023-cü il dekabrın 26-da qəbul edilib və ölkə Prezidenti tərəfindən 2024-cü il yanvarın 25-də imzalandıqdan sonra qüvvəyə minib. BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UNCITRAL) Qanunun arbitraj sahəsində sınaqdan keçmiş, işlək və mütərəqqi beynəlxalq təcrübəni əks etdirən Beynəlxalq Kommersiya Arbitrajı haqqında model qanuna uyğun olduğunu təsdiqləyib.
Beynəlxalq Kommersiya Arbitrajı haqqında model qanun beynəlxalq arbitraj sahəsində vahid standartların müəyyən edilməsi və qanunların harmonikliyində aparıcı rola malik olan və qlobal səviyyədə tanınan aktdır. Arbitrajı mübahisələrin həlli vasitəsi kimi təşviq edən UNCITRAL Beynəlxalq Kommersiya Arbitrajı haqqında model qanunun əsasında müvafiq qanunlar qəbul edilmiş ölkələrin siyahısını dərc edib. UNCITRAL-ın veb-səhifəsində yerləşdirilən məlumata əsasən, hazırda dünyanın 91 ölkəsinin arbitraja dair qanunvericilik aktları Beynəlxalq Kommersiya Arbitrajı haqqında model qanuna əsaslanır. UNCITRAL-ın “Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun müfəssəl və uzunmüddətli təhlilindən sonra Azərbaycan Respublikası və adıçəkilən Qanun da bu siyahıda yer alıb.
Qeyd edək ki, arbitraj tərəflər arasında mübahisələrin həll edilməsinin alternativ bir yoludur. “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu tərəflərə imkan verir ki, onların kommersiya mübahisələrinə dövlət məhkəmələri deyil, arbitr qismində çıxış edən üçüncü şəxslər baxsınlar. Arbitraj tərəflərin razılığına əsaslanan bir icraatdır və mübahisə tərəfləri arbitrləri öz iradələri əsasında seçirlər. Digər sözlə, tərəflər arasında mübahisəyə onların şəxsən seçdikləri, müstəqil, qərəzsiz və zəruri bilik və bacarıqlara malik arbitrlər baxırlar və onların qəbul etdiyi qərarlar həmin tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olur. “Arbitraj haqqında” yeni qanun da məhz arbitraj vasitəsilə həll olunan mübahisələrə dair qərarların dövlət tərəfindən tanınması və icrası üçün zəruri mexanizm müəyyən edir.
Hesab edilir ki, mübahisələrin məhkəmədənkənar həlli məhkəmələrin iş yükünün azalmasına, kommersiya məhkəmələri ilə arbitraj təşkilatları arasında sağlam rəqabət mühitinin formalaşmasına gətirib çıxara bilər.
Eyni zamanda, irihəcmli, xüsusilə də investisiyalarla bağlı mübahisələrin həlli formatı kimi arbitraja üstünlük verildiyi üçün Qanunun qəbul edilməsinin Azərbaycanda biznes və investisiya mühitinin əlverişliliyinin artırılmasına xidmət edəcəyi gözlənilir.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, ölkəmizdə qanunvericilik aktları mütəmadi olaraq təkmilləşdirilir. Qanunların qəbul olunması və təkmilləşdirilməsi prosesində beynəlxalq təcrübə öyrənilir. Nəticə etibarilə, mütərəqqi təcrübə, daha mükəmməl sənədlər qanun yaradıcılığı prosesində istifadə edilir.
Millət vəkilinin sözlərinə görə, bir sıra qanunlar beynəlxalq ekspertizaya da göndərilir: “Bütün bunlar qanunlarımızın daha mükəmməl olması üçündür. Bu baxımdan, “Arbitraj haqqında” yeni qanunun Beynəlxalq Kommersiya Arbitrajı haqqında model qanuna uyğun olduğunun təsdiqlənməsi növbəti uğurumuzdur. Azərbaycan bu məsələdə müvafiq beynəlxalq struklturlarla əməkdaşlıq edib və müsbət nəticə göz önündədir. Bu amil sözügedən qanunun tətbiqi prosesində də böyük əhəmiyyət kəsb edir”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10

