Fariz Rzayev: Azərbaycan kütləvi mina təhdidi ilə üzləşib
17.05.2024 [20:39]
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurasının Nazirlər Komitəsinin 16-17 may 2024-cü il tarixlərində Strasburq şəhərində keçirilmiş 133-cü sessiyasında iştirak edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sessiyada çıxışı zamanı nazir müavini Azərbaycanın 2020-ci ildə Ermənistanla silahlı münaqişəyə son qoyduqdan sonra hərbi işğal nəticəsində tamamilə dağıdılmış 9 şəhər və 300-dən çox kəndin böyük miqyaslı bərpasını apardığı barədə məlumat verib. O, 4000 minə yaxın soydaşımızın itkin düşdüyünü xatırladıb və ölkəmizin kütləvi mina təhdidi ilə üzləşdiyini, Ermənistanın isə bu məsələlərin həlli ilə bağlı əməkdaşlıq etmədiyini bildirib.
Tərəflər arasında qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyin tanınması, habelə dövlət sərhədlərinin toxunulmazlığı əsasında ikitərəfli saziş layihəsi üzrə danışıqlar aparıldığı, ötən həftə iki ölkənin xarici işlər nazirinin danışıqların növbəti mərhələsi üçün görüşdüyü, bu il ərzində iki ölkənin parlament sədrlərinin iki dəfə görüşdüyü, habelə sərhəd delimitasiya komissiyalarının mütəmadi olaraq toplantılarının keçirildiyi və sərhəd xəttinin müəyyən hissəsində delimitasiya ilə bağlı razılıq əldə edildiyi diqqətə çatdırılıb.
Nazir müavini Fariz Rzayev Azərbaycanın Avropa Şurası qurumları ilə dialoq və qarşılıqlı hörmət əsasında əməkdaşlığa açıq olduğunu, lakin buna baxmayaraq, Avropa Şurası Parlament Assambleyasının ölkəmizin parlament nümayəndə heyətinin etimadnaməsini təsdiq etməməsinin ədalətsiz bir qərar olduğunu vurğulayıb.
Çıxışı zamanı nazir müavini Fariz Rzayev, həmçinin Qoşulmama Hərəkatının keçmiş sədri və hazırkı sədrlik üçlüyünün ("Troika") üzvü kimi Azərbaycanın Avropa Şurasının əsas dəyərləri və prinsiplərinə zidd olaraq, Fransa tərəfindən neo-kolonializm ənənələrinin, xüsusilə Yeni Kaledoniyaya qarşı davam etdirilməsindən təəssüfləndiyini diqqətə çatdırıb.
17 may tarixində nazir müavini Fariz Rzayev, eləcə də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçlə görüşüb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

