Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Baş prokuror Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcək

Baş prokuror Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcək

13.05.2026 [23:21]

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il mayın 20-də saat 10:00-da Xankəndi Şəhər Prokurorluğunun inzibati binasında Xankəndi şəhər, Ağdərə, Xocalı, Xocavənd və Şuşa rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xankəndi şəhərinə gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Paylaş:
Baxılıb: 55 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31