32 il Şuşanı xəyallarından çəkən rəssamın xoşbəxtliyi
14.05.2024 [10:10]
Etiraf edim ki, nə zamansa “Şuşaya ilk köç başlayıb” cümləsini oxuyacağım ağlıma da gəlməzdi. Belə bir xoşbəxtliyin ya bizim qocalıq çağımıza, ya da övladlarımıza qismət olacağını düşünərdim, bəlkə də... Hətta 2020-ci ilin mayın 6-da “Sosial şəbəkədə Şuşa xatiratları” yazımı yazarkən o gün əlçatmaz, ünyetməz kimi bəhs etdiyim Şuşanın cəmi 6-7 ay sonra yağı işğalından azad olunacağını desəydilər, inanmazdım... Amma həqiqət budur ki, elə həmin il Şuşanın işğal tarixini andığımız son il oldu. O ildən başladı təqvimimizə Şuşanın və bütün Qarabağın azadlıq günlərinin həkki...
Bu gün isə illərlə Şuşanın işğal tarixi kimi yad etdiyimiz may ayını artıq Şuşaya qələbədən sonra ilk köçün tarixi kimi anacağıq.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib, şəhərə köçmüş ilk sakinlərlə görüşdülər.
Qeyd edək ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya ilk köç edən ailələrlə görüşdülər. Həmin ailələr arasında yuxarıda adını çəkdiyim “Sosial şəbəkədə Şuşa xatiratları” yazımın qəhrəmanlarından biri, Sumqayıt Regional Mədəniyyət İdarəsi Şuşa Dövlət Rəsm Qalereyasının direktoru, rəssam Rövşən Bayramov da vardı. O Rövşən Bayramov ki, demək olar, bütün həyatını, yaradıcılığını Şuşanın ağ kətan üzərindəki təsvirinə həsr edib. 32 illik həsrət dövründə Şuşanı xatirələrindən, yaddaşından köçürüb vərəqlərə... Bu gün isə 32 illik həsrətin sonu, Şuşalı günlərin başlanğıcıdır onun üçün. Onun sevinc qarışıq həyəcanı Prezidentlə qısa dialoqunda da özünü göstərirdi: “Möhtərəm cənab Prezident, bu tədbirə, bugünkü xoşbəxtliyi bizə yaşatdığınıza görə Sizə çox minnətdaram. Otuz iki ildir ki, mən Bakıda oturub Şuşanı xəyalən öz rəsmlərimdə əks etdirirdim. Bayaq yolda gələndə maşından baxıram, deyirəm, 32 ildən sonra mən həmin mənzərəni, həmin Şuşanı gözümlə görəcəyəm. Düzdür, Bakıda işlədiyim dövrdə xarici ölkələrdə də sərgilər təşkil etmişəm. Ancaq mənim mövzum Şuşa olubdur. İndiyədək demək olar ki, Bakıda bu illər ərzində 150 rəsm əsəri çəkmişəm. Hamısını Şuşa Dövlət Rəsm Qalereyasına hədiyyə etmişəm. Sağlıq olsun, Şuşada rəsm qalereyasını açdıqda, həmin əsərləri orada nümayiş etdirəcəyik”.
Bəli, Rövşən bəyin bundan sonrakı amalı, məqsədidir bu. Sevincini qəzetimizlə bölüşən rəssam yeni planları ilə də müjdələdi bizi:
“Mənə zəng edib deyəndə ki, Şuşaya birinci gedəcəklər siyahısındasınız, bir anlıq duruxdum. Şuşa gözümün önünə gəldi. Sevincimin həddi-hüdudu yox idi. 32 il xəyalımda çəkdiyim Şuşanı artıq öz gözlərimlə görüb rəsm əsərləri yaradacağam. Şuşanın dolamalarını qalxdıqca 32 il əvvəlki Şuşa qoxusunu hiss etdim. Düzdür, bəzi məhəllələr qismən qalıb, bəziləri isə dağılıb. İnşallah, düzələr.
Tədbirdə açarların təqdimetmə mərasimi oldu Mənim adım çəkiləndə Prezidentimizə yaxınlaşdım. Cənab Prezident gülər üzlə açarları mənə təqdim etdi. Bundan böyük xoşbəxtlik ola bilməzdi. Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında iştirak etdik. Bütün bunlar həyatımın ən unudulmaz anlarından idi”.
Rövşən Bayramov Şuşanın məşhur 17 məhəlləsini çəkdiyi rəsm əsərləri ilə də tanınır. Həm də o bu əsərləri Şuşasız illərində, yalnız öz yaddaşına güvənərək çəkib. İndi də həmin əsərləri davam etdirmək fikrindədir:
“Əsərlərim arasında Şuşa məhəllələrindən biri yarımçıq qalmışdı. Onu tamamlayacağam. Gələcək planlarım arasında şəhərdə Rəsm Qalereyasında yeni çəkilmiş və çəkiləcək rəsm əsərlərimi nümayiş etdirmək var. Bundan sonra fikrimdə var ki, “Yeni və köhnə Şuşa” mövzusunda qrafik əsərlər yaradım və həmin əsərləri nümayiş etdirim”.
Rəssam deyir ki, düşmən qədim Şuşanı dağıtsa da, o, öz əsərləri ilə bu gün Şuşanı ziyarət edən gənclərimizə, əcnəbi qonaqlarımıza öz əsərləri ilə həmin Şuşanı da tanıdacaq. Gözəl arzu, saf niyyətdir. Bizə “uğur olsun” demək və qismətsə, zamanı gələndə həmin əsərlərə canlı-canlı tamaşa etmək düşər.
Bir daha Rövşən Bayramov da daxil olmaqla, öz azad Şuşasına, ata-baba yurduna qovuşan bütün soydaşlarımızı təbrik edir, aid olduqları torpaqda firavan ömür diləyirik!
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxSiyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

