Bizə yeni Qars müqaviləsinin imzalanması daha sərfəlidir - Qüdrət Həsənquliyev
12.05.2024 [11:43]
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik:
- Qüdrət bəy, Ermənistanda baş verənlərə rəsmi Bakının münasibəti necə olmalıdr?
- Bilirsiniz, onlar bizə o qədər acı yaşadıblar ki, minlərlə igid gəncimiz həyatını itirib, qızlarımızı, qadınlarımızı təhqir ediblər, yüz minlərlə soydaşımızı ev-eşiyindən qovub 10 illərlə məşəqqətli həyata məhkum ediblər, millətimizin qüruruna toxunublar. İndi nə qədər istəyirlər bir-birini qırsınlar. Bu, bizi az ilgiləndirməlidir, imkanımız varsa bu işə töhfə verməliyik. Bəzi azərbaycanlılar Paşinyanı sülh göyərçini kimi təqdim etmək istəyirlər. Məgər o deyildi Qarabağ Ermənistandır deyən? Xarici asılılığın rəzil etdiyi bəziləri ağız dolusu, sevinclə Ermənistanın demokratik ölkəyə çevrilməsindən yazırlar, danışırlar. Mən istəyərdim Ermənistanda diktatura olsun. Elə bir diktatura ki, insanlıq və qanun adına o ölkədə heç nə qalmasın. Bütün sivil dünya onlardan üz döndərsin, gənclər iş dalınca, hüquqları olan insan kimi yaşamaq üçün ölkəni tərk edib getsin, iqtisadiyyatları çöksün, ölkə on illərlə geri düşsün. Bir də, həmin ölkə bizə təcavüz barədə düşünməsin. Biz Ermənistanı yönləndirənlərdən tələb etməliyik ki, Naxçıvana maneəsiz gediş-gəlişə imkan yaratsın və sülh sazişini imzalasın. Buna görə Ermənistana təzyiqləri artırmalıyıq. Qərbin tör-töküntüləri deyir ki, İlham Əliyev deməklə ki, Ermənistan bizim tələbimiz əsasında 4 kəndi azad edir, bu, Rusiyanın maraqlarına xidmət edən erməni müxalifətinin dedikləridir və sülhə xidmət etmir. Ermənistan müxalifəti Paşinyana türk deyir. İlham Əliyev desəydi ki,Ermənistan bizim tələbimizlə yox, özü könüllü olaraq 4 kəndimizi azad edir, bu, Paşiyana kömək və sülhə xidmət olacaqdı? Həmin adamlar ciddiliyini itirmiş, diktə ilə danışan adamlardı. Biz nə qədər ki, sülh yoxdur, ermənilərin xəyanətkar olmasını da deməli, onları aşağılamalıyıq. Prezident nə edirsə az edir. Onlar 30 il bizi alçaldıblar.
Paşinyan vaxtında sülh sazişini imzalasaydı indiki təzyiqlərlə də üz-üzə qalmazdı. O, Fransaya, ABŞ-a güvənir və Ukraynada müharibənin sonunu gözləyir. Əmindir ki,Rusiyanın məğlub olması ilə həmin ölkədə hakimiyyətə Qərbyönümlü adamlar gələcək və Rusiya da birinci Qarabağ savaşında olduğu kimi Qərbin tapşırığı ilə Ermənistanın yeni işğalçı müharibəsini dəstəkləyəcək. Ona görə Ermənistana belə bir şans verməməliyik. Qazaxıstanda danışıqlar məhz bu səbəbdən uğursuzluğa düçar oldu. Ermənistan özünü sülh tərəfdarı kimi göstərib 4 kəndimizi işğaldan azad etməklə Azərbaycanın güc tətbiqinin hazırkı mərhələdə qarşısını almaq istəyir və vaxt udmağa çalışır.
- Belə nəticəyə gəlmək olar ki, ilin sonuna qədər sülhün mümkünlüyü barədə deyilənlərin əsası yoxdur?
- Bölgədə marağı olan böyük güclər Ermənistana təzyiq etsə bu mümkün ola bilər. Amma Ermənistandakı tərəfdarlarını itirməmək üçün indiki ərəfədə onların bunu edəcəyinə şübhə edirəm. Türkiyə və Rusiyanın iştirakı olmadan sülh sazişinin imzalanması az inandırıcı və az təminatlıdır. İkitərəfli sülh sazişi imzalansa belə istənilən vaxt asanlıqla pozula blər. Bizə yeni Qars müqaviləsinin imzalanması daha sərfəlidir.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

