Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ-də inflyasiya son iki ilin ən yüksək həddinə çatıb

ABŞ-də inflyasiya son iki ilin ən yüksək həddinə çatıb

12.05.2026 [17:21]

Rəsmi rəqəmlərə görə, ABŞ-də illik inflyasiya aprel ayında 2023-cü ilin may ayından bəri ən yüksək səviyyəyə - 3,8 faizə çatıb. Bazarın aprel ayı üçün gözləntisi 3,7 faiz, mart ayı üçün isə 3,3 faiz səviyyəsində olub.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, illik müqayisədə ötən ay ABŞ-də enerji qiymətləri 17,9 faiz, ərzaq və mənzil qiymətləri isə müvafiq olaraq 3,2 faiz və 3,3 faiz artıb. Aylıq olaraq istehlak qiymətləri aprel ayında 0,6 faiz yüksəlib.

ABŞ Əmək Statistikası Bürosu bildirib: “Enerji indeksi aprel ayında 3,8 faiz artaraq bütün məhsulların aylıq artımının qırx faizindən çoxunu təşkil edib. Mənzil indeksi ay ərzində 0,6 faiz, ərzaq isə 0,5 faiz artıb.

Paylaş:
Baxılıb: 87 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31