Yalanları üçün “meydan axtaran” rediküllər…
02.05.2024 [10:20]
Kərimlinin yeni “taktikası”
Dünyada demokratiya göstəricisi kimi xarakterizə olunan müxalifətçilik institutu ölkəmizdə bəzi redikül və antimilli qruplar tərəfindən yanlış təzahürünü tapmaqdadır. Bu kiçik azlıq antimilli addımları ilə xəyanətkar mövqedə olmalarını hər an ortaya qoyurlar. Dövlət mənafeyinə və milli maraqlara düşmən kəsilən, dünya erməniliyinin apardığı antimilli siyasətin Azərbaycanda təmsilçisi rolunu üstlənən redikül müxalifət ermənipərəst mərkəzlərin verdikləri ianələri əldə etmək üçün bütün yollara baş vururlar - onların verdikləri direktivləri sətirbəsətir yerinə yetirirlər.
Ən əsası isə, Azərbaycanda hər hansı bir siyasi hadisə, xüsusilə seçki məsələsi aktuallaşan zaman redikül müxalifət ənənəvi yalanlarını “işə salır” - onların arxasında gizlənməyə çalışır. Hətta həmin seçkilərə aylar qalmış olsa belə, onlar öz yalan kampaniyalarına start verir, gücsüzlüklərini pərdələmək üçün min bir oyundan çıxırlar. Təbii ki, Azərbaycanda keçirilən seçkilərin şəffaf, azad və demokratik şəraitdə keçməsi şübhə doğurmur - beynəlxalq təşkilatlar, yerli QHT-lər, hətta xarci dövlətlərin nümayəndə heyətləri belə seçkinin nəticələri ilə bağlı müsbət rəy verməklə Azərbaycandakı bu yüksəksəviyyəli seçki mühitini yüksək dəyərləndirirlər. Xalqın seçkiyə marağı böyükdür və bu maraq seçki fəallığının yüksək səviyyədə olmasını şərtləndirir. Redikül müxalifət isə özünə “əl qataraq” istər seçkidən öncə, istərsə də seçkidən sonra min bir bəhanə ilə prosesdən kənarda qalmağa “üstünlük verir”.
Bəli, Azərbaycanda keçirilən seçkilər azad şəraitdə baş tutur və mütərəqqi Seçki Məcəlləsi, “Siyasi partiyalar haqqında” Qanun, nəhayət ölkə Konstitusiyası bütün insanlara öz hüquq və azadlıqlarından istifadə etmək imkanları tanıyır. Redikül müxalifət isə bu imkanların hər birini “qara rəngə”boyamaqla əsl həqiqətləri gizlətməyə çalışır, özünün yalan təbdliğatını ictimai rəyə “ötürür”.
Məsələn, günlərdir “mitinq spekulyasiyası” ilə məşğul olan AXCP və sədri yenidən gündəmə gəlməyə çalışır. Azərbaycanın uğurlarına qarşı antimilli mövqeyi ilə düşmən münasibəti bəsləyən və xarici ermənipərəst dairələrin sifarişlərini yerinə yetirən AXCP sədri Əli Kərimli uğursuz “qabaqdangəlmişliyini” işə salıb. İllərdir öz uğursuzluğunu pafosun altında gizlətməyə çalışan Ə.Kərimli öz ənənəvi “adət”lərindən əl çəkmir. Köhnə qaraguruh təfəkküründən əl götürməyən, yalanın və pafosun arxasına sığınan Ə.Kərimli yenidən öz ampluasında zühur etməyə niyyətlənib. Çay gəlməmiş çırmanmağa öyrəncəli Kərimli seçki prosesi başlamamış özünün şər-böhtanlarına başlayıb. Seçkidə iştirak gücünün olmadığını, buna partiyasının potensialının, kadr ehtiyatının çatmadığını etiraf edə bilməyən, xalqdan dəstək qazana bilmədiyini gizlətməyə çalışan Əli Kərimli ölkəmizdə olan şəffaf, ədalətli seçki mühitinə ləkə yaxmaqdan əl çəkmir. Eyni zamanda, hələ seçkinin vaxtı müəyyən edilməmiş indidən xarici ermənipərəst təşkilatların “tezislərini” təkrarlayır, ona verilən direktivləri yerinə yetirir - Ə.Kərimlinin “seçkiyə indidən qara yaxmaq” əmrini də hansısa bağlı qapıdan aldığı şübhəsizdir. Məhz bu “tezis” altında meydan axtardığını “iddia edən” Kərimlinin niyyəti hər kəsə bəllidir - onsuz da hansısa bir aksiya keçirmək gücündə olmayan AXCP-ni qarşıdakı dönəmlərdə seçkilərdən “yan qaçırmaq” üçün bu kimi taktikalara əl atılır.
Diqqət yetirsək, sosial şəbəkələrdəki trol dəstəsi də Kərimli ilə eyni “havaya köklənib”. Bu isə o deməkdir ki, AXCP sədri yenə də hansısa maddi dəstək “qamarlayıb”. Amma Ə.Kərimli etiraf etmək istəmir ki, onun və ya partiyasının hər hansı bir seçkidə nailiyyət əldə etmək imkanı yoxdur - bu gün onun başçılıq etdiyi qurum partiya deyil, sadəcə qruplaşmadır və xalqın nifrətindən başqa heç nə qazanmayıb. Bu qruplaşmanın əsas məqsədi isə Ə.Kərimlini maddi cəhətdən təmin etməkdir.
MƏNSUR
Xəbər lenti
Hamısına baxSosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51

