“Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” adlı panel sessiyası keçirilib
01.05.2024 [14:08]
“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” adlı panel iclas başa çatıb. AZƏRTAC xəbər verir ki, BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Moratinos çıxışında BMT-də ali nümayəndə təyin olunduğu zaman mandatının zorakı ekstremizmin aradan qaldırılması ilə bağlı olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu mövzuda keçirilən görüşlərdə müəyyən bəyanatlar verildiyini görüb.
“Biz lazımi alətlər hazırlamalıyıq ki, insanların beynini dəyişək. Bunu isə gənclər etməlidir. İnanmalısınız ki, daha yaxşı dünya qurmaq mümkündür. Bu sahədə uğurlu olan həmkarlarımız var. Əvvəlcə biz bəşəriyyəti qorumalıyıq. Hesab edirəm ki, yaşıl cəmiyyət qurmaqdansa çoxrəngli cəmiyyət qurmağa üstünlük vermək lazımdır. Biz birlikdə işləməliyik ki, paralel olaraq bəşəriyyəti və cəmiyyəti qoruyaq”, - deyə o bildirib.
Nifrətə qarşı Xəbər Nəsli təşkilatının üzvü Hana Mibida çıxışında Paris ətrafında kiçik qəsəbədən gəldiyini bildirib. O qeyd edib ki, təhsil aldığı məktəblərdə zorakılıq mövzusunda təlimlər keçirilməyib.
“Biz nifrətin nəticələri və cəmiyyətə təsirlərini öyrəndik. Gənc iştirakçılar olaraq Nyu-Yorkda BMT-nın qərargahına getdik və sənədli film hazırladıq. Nifrətə qarşı layihəyə 2001-ci ildə qoşulub. Layihə jurnalistlərlə olan təlimlərdən ibarət idi. Biz qadınlara qarşı nifrət, zorakılıq, ekstremizm mövzusunda təlimlər keçirdik.
“Dialoq və dinlərarası şəbəkələr üçün imkanların artırılması” proqramının üzvü Atif Rəşid çıxışında Qəzza zolağında baş verən müharibədə BMT-nin sülh quruculuğu prosesində diplomatik əlaqələr qurmağı təmin etməsini tövsiyə edib
“Bu məsələdə BMT Təhlükəsizlik Şurasının da rolu böyükdür. Hazırda vəziyyət olduqca mürəkkəbdir. Dinlərarası dialoqun qurulması da bu məsələdə əsasdır. Burda ümid dolu bir atmosfer yaradılmalıdır” - deyə A. Rəşid vurğulayıb.
COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova bildirib ki, COP-28 zamanı yaradılan bu qrupun əsas məqsədlərindən biri də gənclərin və xüsusilə uşaqların hüquqlarını və qanunla müdafiəsini təmin etməkdir: “Biz gənclər olaraq planetin iqlim təhlükəsizliyini təmin etmək üçün birləşməliyik. Qlobal iqlim dəyişikliyi hər kəsə təsir edir, xüsusilə səhiyyə və ətraf mühitə dəymiş böyük ziyanın qarşısını almaq üçün çalışmalıyıq. Çünki planetimizin xilası hər kəsin xilası deməkdir. COP29-da bizim əsas məqsədimiz gənclərin səsinin eşidilməsi, onların ətraf mühitin qorunmasına verə biləcək töhfəni dəstəkləməkdir. Biz cəmiyyətin digər qrup nümayəndələrinin də səsinin eşidilməsi üçün çalışırıq” - deyə COP29-un İqlim üzrə gənclər çempionu vurğulayıb.
Qlobal idman proqramının üzvü Grasiyan Mkandavire deyib ki, gəncləri daha çox dəstəkləmək, onların potensialını artırmaq lazımdır.
Digər panel üzvləri də çıxışlarında zorakılıq və ekstremizmə qarşı mübarizə ilə bağlı təcrübələrini və təkliflərini tədbir iştirakçıları ilə bölüşüb.
Qeyd edək ki, mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev Forumun açılış mərasimində nitq söyləyib.
Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.
Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.
Üç gün davam edəcək Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir.
Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

