Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Formula 1 / "Formula 1" üzrə Azərbaycan Qran-prisinin trasında dəyişiklik edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin trasında dəyişiklik edilib

17.05.2022 [11:01]

Gələn ay Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin pit-leynində dəyişiklik edilib.

Bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov açıqlamasında bildirib.

BŞH rəsmisi pit-leynə daxil olmaq üçün zonanı bir qədər dəyişdirdiklərini söyləyib: "Trasda heç bir dəyişiklik yoxdur. Lakin Beynəlxalq Avtomobil Federasiyası bizdən xahiş etdi ki, onu daha təhlükəsiz etməkdən ötrü pit-leynin girişində dəyişiklik aparaq. Görək, bu dəyişiklik hansı nəticələrə gətirib çıxaracaq. Düşünmürəm ki, pilotlar pit-leynə səhvə yol verəcək şəxslərdəndir. Dəyişiklik indiki və əvvəlki hissələrdə edilib. Yəni, formaya bir qədər düzəliş edilib".

Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək. 2016-cı ildə Azərbaycandakı ilk "Formula 1" yarışının qalibi olan Niko Rosberq ("Mercedes) Bakı trasındakı pit-leyn girişlərini ən qorxulu zonalardan hesab edib. "Formula 1"in sabiq direktoru Maykl Masi Rosberqin fikri ilə razılaşmayıb.

Paylaş:
Baxılıb: 1207 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Senzurasız 28 il...

06 Avqust 10:30

Analitik

7-ci görüş...

06 Avqust 10:14

Ədəbiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31