"İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyi 8 noyabr Zəfər günü ilə əlaqədar tanınmış simaların bayram müraciətləri əsasında xüsusi videotəbrik hazırlayıb.
İB-nin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin yeniazerbaycan.com-a verdiyi məlumata görə, müraciətlərində "İMZA"-çılar adından İB-nin sədri Xəyyam Əsgərov, o cümlədən dünyanın müxtəlif ölkələrindən tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, millət vəkilləri, ziyalılar Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və qalib Azərbaycan xalqına qələbə münasibətilə öz təbriklərini, xoş arzularını çatdırırlar.