Azərbaycan nümayəndə heyəti Pekin şəhərinə yola düşüb

Azərbaycan nümayəndə heyəti Pekin şəhərinə yola düşüb

Oktyabrın 17-də Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasının himayəsi ilə keçirilən Tayhu Dünya Mədəniyyət Forumunun 5-ci illik Konfransında iştirak etmək üçün Pekin şəhərinə yola düşüb.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.