Qırğızıstanda baş verən zəlzələ Qazaxıstan və Özbəkistanda da hiss olunub

Qırğızıstanda baş verən zəlzələ Qazaxıstan və Özbəkistanda da hiss olunub

Qırğızıstanın Cəlal-Abad vilayətinin ərazisində zəlzələ baş verib.

AZƏRTAC Qırğızıstan mətbuatına istinadla xəbər verir ki, yeraltı təkanların gücü 5,1 bal təşkil edib.

Yeraltı təkanlar Bişkeklə yanaşı, Özbəkistan və Qazaxıstanda da hiss olunub.