“Bitcoin”də istifadəçinin yerini müəyyənləşdirməyə verən boşluq aşkarlanıb

“Bitcoin”də istifadəçinin yerini müəyyənləşdirməyə verən boşluq aşkarlanıb

“Bitcoin”də 35 sentdən az dəyərində kiçik köçürmə kripto cüzdanı ilə əlaqəli kompüterin IP ünvanını aşkarlaya və istifadəçisinin təxmini yerini dəqiq müəyyən edə bilər.

AZƏRTAC xəbər verir ki, “Investing”ə görə, “Bitcoin Core” inkişafetdiricisi Abubakr Sadiq İsmayıl təsdiqlənməmiş əməliyyatları digər şəbəkə iştirakçılarına avtomatik olaraq ötürən “Bitcoin Core” proqramının xüsusiyyətindən istifadə etməyin yolunu kəşf edib. Hücumçu minimal ödəniş göndərə və əməliyyatın hansı kompüterdən yenidən ötürüldüyünü izləyə bilər.

Metod 30 laboratoriya testi zamanı bütün hallarda işlək olub. Belə bir hücumun dəyəri 18-34 sent olaraq qiymətləndirilir.

Zəiflik “Sparrow”, “Bitcoin Knots”, “Specter Desktop” və “Liana” da daxil olmaqla bir sıra məşhur kripto cüzdanlarının istifadəçilərinə, eləcə də “Tor” şəbəkəsinin bəzi istifadəçilərinə təsir göstərə bilər.

Avtomatik əməliyyat ötürülməsinə təklif olunan məhdudiyyət tam qorunma təmin etmir; onu aradan qaldırmaq olar. Ekspertlər hesab edirlər ki, əməliyyatın yenidən ötürülməsi könüllü xüsusiyyətə malik olmalıdır. Lakin bu təcrübə hələ “Bitcoin”in əsas şəbəkəsində aparılmayıb. Bundan əlavə, IP ünvanı yalnız cihazın təxmini yerini müəyyən etməyə imkan verir, lakin pul cüzdanı sahibini müəyyən etmir.

Bununla belə, tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu imkan istifadəçinin məxfiliyini poza və hədəflənmiş nəzarəti asanlaşdıra bilər.