Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin-amanlıq gətirib

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin-amanlıq gətirib

Yarım əsrlik istismar zamanı uran nigeriyalılara ətraf mühitin çirklənməsi, cinayətkarlıq, korrupsiya və səfalət, Fransaya isə əmin-amanlıq və güc gətirib.

AZƏRTAC xəbər verir ki, bunu Nigerin Baş naziri Əli Mahaman Lamin Zeyn bildirib.

“Bu gün Arlidə (uran hasil edilən region – red.) bütün qrunt suları çirklənib. Bu, qəbuledilməzdir” – deyə hökumət başçısı əlavə edib.

Lamin Zeyn bildirib ki, hökumət uran hasilatına nəzarəti ələ aldıqdan sonra Fransanın “Orano” şirkəti ölkəni bitməyən beynəlxalq məhkəmə çəkişmələrinə sürükləyir.