/ / YAP-ın həyata keçirdiyi gənclər siyasəti sayəsində gənclərin potensialından səmərəli istifadə edilməkdədir
YAP-ın həyata keçirdiyi gənclər siyasəti sayəsində gənclərin potensialından səmərəli istifadə edilməkdədir
03.07.2012 [22:01]
Dünən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkil etdiyi “Liderliyə gedən yol” “Yay məktəbi” öz işinə başlayıb. “Məktəb” çərçivəsində gənc fəallar Oğuz rayonunda olublar.
Rayonla ümumi tanışlıqdan sonra rayon gəncləri ilə görüş təşkil edilib və müxtəlif məsələlər ətrafında qarşılıqlı fikir mübadilələri aparılıb. Qeyd edilib ki, bu gün cəmiyyətimizdə gənclərin fəallığı olduqca yüksək səviyyədədir və gənclər milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşib. Vurğulanıb ki, bu gün Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi gənclər siyasəti sayəsində gənclərin potensialından səmərəli istifadə edilməkdədir.
Daha sonra “Afra-otel” kurort və biznes mərkəzində gənclərin iştirakı ilə diskussiya təşkil edilib və müxtəlif məsələlərə dair fikir mübadilələri aparılıb.
çıxış edən gənc fəallar bildiriblər ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hər il təşkil etdiyi “yay məktəbi” gənclərin bilik və bacarıqlarını artırmaq və nümayiş etdirmək üçün mühüm əhəmiyyət kəsb edir. YAP-ın gənclər siyasətinin əhəmiyyətinin vurğulandığı müzakirələrdə gənclərin partiya ətrafında sıx birləşdiyi qeyd edilib.
Bildirilib ki, əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir ki, bu da milli həmrəylik və bütövlüyə əhəmiyyətli töhfələr bəxş edir.
İctimai müzakirələrdən sonra gənclərin iştirakı ilə interaktiv oyunlar, əyləncə xarakterli tədbirlər keçirilib.
Yeri gəlmişkən, “yay məktəbi”ndə iştirak edən gənclər də tədbirin işini və keçirilmə səviyyəsini olduqca yüksək səviyyədə qiymətləndiriblər. Məsələn, Xalid Məcidov qeyd edib ki, YAP Gənclər Birliyinin təşkil etdiyi “yay məktəbi” hər zaman öz səmərəli nəticələri ilə yadda qalıb: “Mən artıq bir neçə dəfədir ki, düşərgələrdə iştirak edirəm. Deyə bilərəm ki, “yay məktəbi” gənclərin fəallığının yüksəlməsi, intellektual potensialının artması üçün xüsusi əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, gənclər cəmiyyətimizdə cərəyan edən ictimai-siyasi və sosial-mədəni proseslərdə fəal təmsil olunurlar”.
Xəyal Səfərov isə qeyd edib ki, “yay məktəbi” gənc fəallar üçün həm təcrübə, həm də bilik mənbəyidir. Yeni Azərbaycan Partiyasının hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərdiyini söyləyən X.Səfərovun sözlərinə görə, gənclərin fəaliyyəti üçün bu gün cəmiyyətimizdə bütün imkanlar var və hər bir gənc özünün yaradıcı potensialından səmərəli istifadə edə bilir: “Belə bir “Yay məktəbi” təşkil etdiyinə görə YAP Gənclər Birliyinə bir daha öz təşəkkürümüzü bildiririk”.
“Oğuz rayonuna səfərimiz çərçivəsində maraqlı diskussiyalar keçirir, əhəmiyyətli fikir mübadilələri aparırıq. Eyni zamanda, intellektual və interaktiv oyunlar keçiririk. Bunlar da gənclər arasında ümumi inteqrasiyanı sürətləndirir. Düşünürəm ki, YAP Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbi” gənclərin asudə vaxtının səmərəli dəyərləndirilməsi, onların bilik və bacarıqlarının aşkara çıxarılması baxımından xüsusi önəm kəsb edir”. Bunu isə Zamiq Əhədov deyib.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59

