Azərbaycanın dövlət siyasəti hər zaman sülhə, əmin-amanlığa və tərəqqiyə xidmət edir
19.03.2024 [11:31]
Azərbaycan dövlətinin beynəlxalq arenada olan mövqeyi xarici siyasət kursumuzun uğurları ilə daha da möhkəmlənir.Cənab Prezident İlham Əliyevin mükəmməl diplomatik gedişləri ölkəmizin həm regional, həm də dünya miqyaslı gücünü artırmaqdadır. Bu gün əksər dövlətlər, müxtəlif siyasi qurumlar, iqtisadi birliklər, həmçinin beynəlxalq təşkilatlarla qurulan yüksək münasibətlər və cənab Prezident İlham Əliyevin qəbul olunan beynəlxalq nüfuzu Azərbaycanı bütövlükdə dünya siyasətinin reallaşmasında mühüm iştirakçıya çevirib.
Martın 14-də Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu keçirilib. XI Qlobal Bakı Forumu dünyanı narahat edən problemlərin, qlobal çağırışların geniş və hərtərəfli müzakirə edildiyi mühüm platforma oldu.
60 ölkədən 350 nəfər iştirakçının, o cümlədən 50-dən artıq hazırkı və sabiq prezident, baş nazirlərin iştirak etdiyi Bakı Forumu qlobal problemlərin həllinin araşdırılması üçün son dərəcə uğurlu platforma kimi dünyanın diqqət mərkəzində oldu. Yaxın Şərq, Afrikanın və Qərbi Balkanların aktual məsələləri əsas müzakirə mövzusu olmaqla yanaşı, forumda digər qlobal problemlərin də araşdırılması dünyanın daha təhlükəsiz olmasına adıçəkilən mərkəzin növbəti töhfəsi hesab olunmalıdır.
Cənab Prezident İlham Əliyev Bakı Forumunda çıxış edərək , Qlobal Bakı Forumu uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrildiyini və bu Forumun Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacib olduğunu diqqətə çatdırdı.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev sonuncu görüşdən sonra regionumuzda baş verən əsas geosiyasi dəyişikliyin Azərbaycanın suverenliyinin tam bərpası olduğunu bildirib. Bunun çox ciddi geosiyasi dəyişiklik olduğunu vurğulayan dövlətimizin başçısı "Biz bunun həllini çoxdan gözləyən münaqişələrin həlli ilə bağlı müsbət nəticələrini gördük" – deyə diqqətə çatdırıb.
44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Məlumdur ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu ötən il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
XI Qlobal Bakı Forumundakı çıxışında Prezident İlham Əliyev bildirdi ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin "yaşıl keçid"lə bağlı səylərinin qəbul edilməsidir. Azərbaycanda keçiriləcək bu irimiqyaslı beynəlxalq tədbirin əhəmiyyətindən danışan dövlət başçımız onu da söylədi ki, birincisi, COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər: "Bu həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Praktiki nöqteyi-nəzərdən isə bu, bizim üçün həmrəyliyə töhfə vermək fürsəti olacaq".
Azərbaycanın dövlət siyasəti hər zaman sülhə, əmin-amanlığa, tərəqqiyə xidmət edib. O da vurğulanası nüansdır ki, torpaqlarının 30 illik işğalı dövründə də Azərbaycan daim sülh tərəfdarı olub, münaqişənin danışıqlar yolu ilə həllinə çalışıb.
Lakin danışıqlar missiyasını üzərinə götürən həmsədir ölkələrin bu istiqamətdə heç bir əməli fəaliyyət göstərməməsi münaqişənin hərb yolu ilə həllindən başqa varianta yol qoymadı. Azərbaycanın BMT TŞ-nin qətnamələrini özünün güc yolu ilə həll etməsi sayəsində bu gün Cənubi Qafqazda real sülhə şərait yaranıb. Forumda bu vacib məsələyə diqqəti yönəldən cənab Prezident İlham Əliyev də dünyaya bəyan etdi ki, biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib.
Forumun mövzusundan da göründüyü kimi, parçalanmış dünyanın bərpası əsas çağırışlardandır. Bu çağırış səylərin birləşdirilməsini, konkret addımların atılmasını, ən əsası ədalətin və beynəlxalq hüququn müdafiəsinin sözdə deyil, əməldə təsdiq olunmasını bir tələb kimi qarşıya qoyur. Azərbaycan daim birlik, həmrəylik, ədalət, beynəlxalq hüquq çağırışları ilə dünyanın diqqətindədir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58

