YAP Qazax rayon təşkilatında 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olundu
07.03.2024 [14:17]
07 mart 2024-cü il tarixdə YAP Qazax rayon təşkilatında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi.
Tədbirdən əvvəl Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik etdi. Bildirdi ki, bu il ilk dəfə olaraq xalqımız 8 mart – Beynəlxalq Qadınlar Gününü ölkəmizin bütün ərazisində suverenliyimizin tam bərqərar olması şəraitində qeyd edir. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir.Milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər. A. Nəbiyev Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyini, hazırda bu siyasətin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onların fədakar əməyinin yüksək qiymətləndirildiyini, müxtəlif sahələrdə çalışan qadınlara fəxri adların, fərdi təqaüdlərin verildiyini, onların orden və medallarla təltif olunduğunu diqqətə çatdırdı.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənabları tərəfindən böyük uğurla davam və inkişaf etdirilən dövlət qadın siyasətindən, müasir Azərbaycan cəmiyyətində qadınların rolundan, Azərbaycan qadınının – Qəhrəman ana, Qəhrəman bacı, Qəhrəman həyat yoldaşı olmasından bəhs edərək, Azərbaycanın birinci Xanımı Mehriban xanım başda olmaqla bütün Azərbaycan qadınlarını təbrik etdi və ən xoş arzularını bildirdi.
Qazax Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülayə Həsənova, partiya fəallarından Səfurə Rəhimova, Afət Eyyubova və başqaları çıxış edərək, bu gün Möhtərəm Prezidentimiz tərəfindən Azərbaycan qadınlarına göstərilən diqqət və qayğıdan, bu sahədə Ulu Öndərin misilsiz xidmətlərindən, Birinci Vitse - Prezident Mehriban xanım Əliyevanın hər bir qadına nümunə olmasıından danışdılar və göstərilən hörmət və ehtirama görə öz minnətdarlıqlarını bildirdilər.
Qazax rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tədbir iştirakçılarını şeirlə təbrik etdilər.
Sonda ən fəal partiya üzvlərinə gül dəstəsi və bayram hədiyyələri verildi.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47

