Azərbaycan enerji sektorunda böyük uğurlara imza atır
06.03.2024 [11:00]
Cari ilin fevral ayının 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Cənab Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı nəinki ölkəmizdə, dünya ictimaiyyətində də diqqət mərkəzində olub.
Prezident İlham Əliyevin çıxışında əsas diqqət göstərilən məsələlərdən biri də Azərbaycanın enerji diplomatiyası və ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsinin yol açdığı uğurlar oldu.
Bu gün dünyanın enerji təchizatında ciddi böhran və enerji təhlükəsizliyi ilə bağlı böyük risklərlə üzləşdiyi bir zamanda xüsusən Rusiya – Ukrayna müharibəsi fonunda Avropada enerji böhranının yaşandığı dövrdə Azərbaycanın Avropa üçün əhəmiyyəti daha da artmaqdadır. Azərbaycan Rusiya – Ukrayna münaqişəsi başladıqdan sonra Avropa İttifaqına daxil olan dövlətlərə mavi qaz ixracatını ən çox artıran ölkədir bu əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Avropanın nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.
Həmçinin, cənab İlham Əliyevin enerji diplomatiyası tək Azərbaycanın deyil, Mərkəzi Asiyanın enerji daşıyıcılarını da Avropaya çatdırılmasının real üsuludur. Artıq Qazaxıstan ildə 1,5 milyon ton neftin Xəzər dənizi üzərindən Bakı-Tiflis-Ceyhan kəməri ilə nəqlinə başlayıb. Türkmənistan qazının Trans Xəzər Boru xətti ilə Avropaya nəqli də məhz Azərbaycanın infrastrukturları hesabına və şəxsən Prezident cənab İlham Əliyevin sayəsində Avropanın strateji layihələri sırasına daxil edilib. Bunun da yaxın gələcəkdə reallığa çevriləcəyi şübhəsizdir.
Ümumiyyətlə, Azərbaycan enerji sahəsində son üç ildə böyük addımlar atır. Burada "yaşıl enerji" sahəsində görülən işləri də xüsusilə vurğulamaq lazımdır. Azərbaycan regionda enerji ixrac edən ölkələr arasında öndə gedir və bu, ölkəmizə həm iqtisadi, həm də, siyasi güc verir. Azərbaycan elektrik enerjisini artıq qonşu ölkələrə, o cümlədən, Avropaya ixrac edə bilir və ixrac potensialı, ixracat ildən-ilə artır.
“Yaşıl Enerji” yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində bir nömrəli prioritetdir.
Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri – 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur.
Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Hazırda Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində fəal əməkdaşlıq edir.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

