Reallıq və konkret mövqe
05.03.2024 [12:10]
Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Cənab Prezident İlham Əliyev bu yaxınlarda Münxenə səfəri zamanı Almaniya Kanslerinin təşəbbüsü ilə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğuladı və qeyd etdi ki, Ermənistana öldürücü silahlar verən Fransadan fərqli olaraq Almaniyanın neytral mövqe sərgiləməsi müsbət qarşılanır. Təəssüf ki, bir sıra dövlətlər, o cümlədən Fransa güc diliylə danışmağa, təzyiq vasitəsilə təsir etməyə cəhd edir və yanılır. Çünki Azərbaycan dövlət olaraq öz siyasətini kimsənin diqtəsi ilə müəyyən etmir.
“Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, – deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Çünki hər bir dövlətin əsas hüquqlarından biri və birincisi elə budur. Ölkəmizin başçısı təəssüf hissi ilə bildirdi ki, Avropa İttifaqının son zamanlarda sərgilədiyi mövqe anlaşılan deyil. Daha doğrusu, hər bir halda Ermənistanı haqlı çıxarmaq cəhdi ikili standartın təzahürüdür. Cozef Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Ölkəmizin başçısı bu fikrə münasibətini konkret ifadə edərək demişdir: “Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir.”
Cənab Prezident Avropa Şurasının da eyni ikili standartlar üzrə hərəkət etdiyini və Azərbaycan nümayəndə heyətinə qarşı qəbul edilmiş qərarı tənqid edərək bildirdi ki, əgər il ərzində bu qərar dəyişilməzsə Azərbaycanın Avropa Şurasından tamamilə çıxması məsələsi gündəmə gələcəkdir.
Cənab Prezident çıxışında ABŞ və Fransanı obyektiv olmağa, reallıqları qəbul etməyə çağıraraq “Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər”-deyə konkret və aydın mövqe sərgiləmiş, Azərbaycana qarşı hər hansı təzyiqin mənasız olduğunu bildirmişdir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

