YAP-ın VII qurultayı partiyada yeni dövrün başlanğıcının əsasını qoydu
05.03.2024 [11:52]
Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Ötən 32 il sübut etdi ki, bu təşkilat regionun ən qüdrətli siyasi partiyalarından biri olmaqla, həm də qələbələr, qaliblər partiyasıdır. Çünki bu partiya tarixi zərurətdən yaranan, xalqına xidmət edən partiyadır. Azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatına yeni nəfəs verdi, Azərbaycanın siyasi həyatında ümid çırağı yandırdı. Qısa müddət ərzində Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə dönüşünün kökündə dayanan əsas həqiqət Azərbaycan xalqının fəlakətlərdən xilas olmaq ümidlərini, gələcəklə bağlı arzularını Heydər Əliyevlə və Yeni Azərbaycan Partiyası ilə bağlamaq arzusu reallaşdı. Çünki xalq yaxşı bilirdi ki, xilaskarlıq missiyasını yalnız təkrarsız şəxsiyyət Heydər Əliyev üzərinə götürə bilər. Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevə etimad göstərərək Onu özünün Prezidenti seçdi.
Bu gün isə ulu öndər Heydər Əliyev ideyaları Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 1995-ci ildə partiyanın namizədi kimi parlament seçkilərində qələbə qazanan cənab İlham Əliyev YAP-ın gəncləşməsində, fəaliyyətinin daha effektiv qurulmasında müstəsna xidmətlər göstərmişdir. Bu baxımdan təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyasının birinci qurultayında təşkilatın çoxminli üzvlərinin istəyinə uyğun olaraq, cənab İlham Əliyev partiya Sədrinin müavini, ikinci qurultayda isə Sədrin birinci müavini seçilmişdir. Partiyamızın VI qurultayından ötən üç il müddətində ciddi irəliləyişlər əldə edən dünənin, bu günün və gələcəyin partiyasının 2021-ci ilin mart ayının 5-də keçirilən VII qurultaylarında qəbul edilən tarixi qərarlar isə ölkəmizin ictimai-siyasi həyatına yeniliklər gətirib, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Hakim partiyanın 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu. 6 siyasi partiyanın YAP-a qoşulması isə partiyanın cəmiyyətə milli həmrəylik mesajları verdiyini, qapılarının konstruktiv qüvvələrə açıq olduğunun nümayişi, eyni zamanda, ölkəmizin siyasi mühitində siyasi dialoq mühitinin dərinləşməsində, demokratik ənənələrin şaxələnməsində yenilik oldu. VII qurultay yeniliklərlə tarixə yazıldı. 40 nəfərdən ibarət İdarə Heyətinin, 13 nəfərdən ibarət Təftiş Komissiyasının tərkibi təsdiqləndi, partiyanın tərkibində Veteranlar Şurası yaradıldı. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin Birinci müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edildilər.
Beləliklə, Yeni Azərbaycan Partiyası hər zaman yeniliyə, təkmilləşməyə meyil göstərən partiyadır və qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. Bir sözlə, Yeni Azərbaycan Partiyası yeniləşən, inkişaf edən, qüdrətlənən Azərbaycanın partiyası olaraq cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi altında malik olduğu potensial, xalqın inamı, ideyalarının mükəmməlliyi sayəsində partiyamız bundan sonra da Azərbaycanın inkişafı və çiçəklənməsində daim fəal iştirak edəcəkdir.
Araz Xudadanov
YAP Sabunçu rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

