Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik
04.03.2024 [16:23]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının həmin ərazilərin bərpa və yenidən qurulmasına nə dərəcədə həssas yanaşdığının sübutudur. Belə ki, bunlardan biri də fevralın 26-da Xocalıya edilən səfərdir. Bu səfər nəticəsində otuz iki ildən sonra Xocalıda soyqırım günündə günahsız Xocalı qurbanlarının xatirəsi anıldı və Dövlət başçımız Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa olunan Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində separatçıların at oynatdığı Xocalı daxil olmaq şərtilə, digər ərazilər də düşməndən azad edildi. 2023-cü il oktyabrın 15-də biz Xocalıya qalib olaraq qayıtdıq və burada Azərbaycan Bayrağını qaldıraraq, böyük abadlıq işlərinə də start verdik. Cənab İlham Əliyev Prezidentliyinin 20-ci ilinin tamamında məhz Xocalıda Bayraq ucaltdı və bu bir daha sübut etdi ki, 32 il ərzində ölkə rəhbərinin ürəyi məhz Xocalıdan olan şəhid ailələri ilə birgə döyünmüşdür.
Xocalı faciəsi heç vaxt xalqımızın yaddaşından silinməyəcək. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilən soyqırım nəticəsində 613 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 150 nəfər itkin düşmüş, 1000 nəfərdən çox insan girov götürülmüş, 60-dan çox uşaq, 100-dən çox qadın, 70 nəfər qoca erməni vəhşiləri tərəfindən bir gecə içində qətlə yetirilmişdir.
Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, böyük dövlətlərin bir çoxu bu faciəyə biganə yanaşır. "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası 2008-ci ilin mayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Bilavasitə, Heydər Əliyev Fondunun xətti ilə bir çox tədbirlər, təqdimatlar həyata keçirilmiş, kitablar, məqalələr dərc edilmiş, sərgilər təşkil olunmuşdur. Xocalı həqiqətini dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərilmişdir. Bunun nəticəsində, 18 ölkə Xocalı faciəsini soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur.
Hazırda biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir qarışının sahibi kimi yaşayırıq və yenidən bərpa edirik. Azad edilmiş bütün torpaqlarda olduğu kimi Xocalıda da geniş quruculuq işləri aparılır. Ölkə rəhbərimizin siyasi iradəsi və verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, digər işğaldan azad olunmuş torpaqlarımız kimi Xocalıya da həyat qayıdacaq, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.
Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Biz İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq, Ermənistan ordusunu məhv etdik və onları iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdik. Bu gün bütün Xocalı qurbanlarının ruhu şaddır, Allah onlara rəhmət eləsin.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

