Xalqın etimadını doğruldan Partiya
01.03.2024 [15:54]
2021-ci il mart ayının 5-də Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi partiyamızın həyatında mühüm hadisə oldu. Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının VII Qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir. Partiyamızın sədri, cənab Prezident İlham Əliyev Qurultayda öz çxışı ilə partiya strukturları və eləcədə üzvləri qarşısında yeni vəzifələr müəyyənləşdirmiş oldu. VII Qurultayda partiyanın yeni Nizamnaməsinin qəbul edilməsi müasir dövrün tələb və çağırışlarından irəli gəlirdi. Qəbul edilmiş yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilmişdir. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilmiş, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. VII Qurultayda İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir.
Yeni Azərbaycan Partiyası dəfələrlə xalqın etimadını doğruldaraq ümumxalq partiyası adını qazanmış partiyadır. Məhz bu səbəbdən də bir sıra partiyalar VII Qurultayda Yeni Azərbaycan partiyasına qoşulmaq qərarına gəldilər. Bu hal isə təbii ki, siyasi dialoqun və milli həmrəyliyin təzahürü hesab edilməlidir.
Partiya sədrinin tapşırığı əsasında qəbul edilmiş yeni Proqram da VII Qurultaydan ötən dövr ərzində görülmüş mühüm işlərdən hesab edilməlidir. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş yeni proqram öz mütərqqiliyi ilə seçilir və partiyanın gələcək inkişafı üçün mühüm sənəddir. Bir çox fəsil və istiqamətləri özündə birləşdirən Proqram peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, müasirlik kimi meyarları əsas tutur.
VII Qurultaydan ötən dövr ərzində Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri daha dinamik inkişaf mərhələsinə qədəm qoyub. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında 2021-ci il iyun ayının 2-də imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir. Partiya liderləri arasında olan dostluq münasibətləri AK Parti və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verib. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında, digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dinamik şəkildə inkişaf edir. 2021-ci il dekabrın 3-də Kiyev şəhərində Yeni Azərbaycan Partiyası ilə Ukraynanın hakim “Xalqın Xidmətçisi” Partiyası arasında da əməkdaşlıq memorandumu imzalanmışdır. Yeni Azərbaycan Partiyasının Rusiya, Özbəkistan, Tacikistan, Çin, Yaponiya, Vyetnam, Laos və Kambocanın da hakim partiyaları ilə əlaqələri mövcuddur. Eyni zamanda, Yeni Azərbaycan Partiyası İCAPP - Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir, həmçinin, dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının müşahidəçi üzvü olaraq fəaliyyətini davam etdirir.
Yeni Azərbaycan Partiyası ölkə daxilində də müxtəlif siyasi partiyalarla münasibətlərin qurulmasında maraqlıdır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Burada Yeni Azərbaycan Partiyasının əsas məqsədi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. Hər zaman yeniliklərə açıq olan Yeni Azərbaycan Partiyası effektiv nəticələrin əldə olunması naminə özünün strateji hədəflərini müəyyən edib ki, bu hədəfələrin əsasında da ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə davamlı xidmət dayanır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35

