İmişlidə “Narkomaniya: - Sağlam gənclik məktəbdən başlayır” adlı tədbir keçirilib
29.02.2024 [10:29]
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının təşkilatçılığı ilə İmişli şəhər 7 saylı tam orta məktəbin akt zalında “Narkomaniya: - Sağlam gənclik məktəbdən başlayır” adlı tədbir keçirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə Təhsil sektorunun müdiri Kərim Kərimov və əməkdaşlar, “S.Vurğun” ərazi partiya təşkilatının sədri Vahid Tağıyev, məktəb direktorları və partiya fəalları iştirak edib.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, 21-ci əsrin bəlası olan, “ağ ölüm” adlandırılan narkomaniya problemi bütün dünyada olduğu kimi, Azərbaycandan da yan keçməyib. Ölkəmizdə bununla bağlı görülən tədbirlərə baxmayaraq, problemin qarşısını hələ də tam almaq mümkün olmayıb. Narkomaniya qlobal sosial problem, milyonlarla insanın həyatına son qoyan dəhşətli müharibədir. Bu müharibə başqa amansız müharibələr kimi, xalqların genofondunu məhv edir. Narkomaniya, heç də bəzilərinin dediyi kimi, xəstəlik deyil, bir insanın məğlubiyyəti və onun sağlamlığının amansız cəlladıdır.
Çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə Təhsil sektorunun müdiri Kərim Kərimov qeyd edib ki, narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan "ağ ölüm"dür. İllərdir ki, bu bəla müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Təəssüflə qeyd etməliyik ki, narkomaniyanın əsas qurbanları olan gənclərin sayı bütün dünyada durmadan artır. Gəncliksə hər bir dövlətin, millətin, xalqın sabahı, gələcəyidir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi cəmiyyətin əsas vəzifəsi hesab olunur.
“S.Vurğun” ərazi partiya təşkilatının sədri Vahid Tağıyev çıxışında vurğulayıb ki, günümüzdə narkotik maddə alverçiləri uşaqları və gəncləri öz girovlarına çevirməyə cəhd göstərirlər. Buna görə də həmin alverçilər uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar.
Digər çıxış edənlər bildiriblər ki, məktəblilər narkomaniya barədə düzgün məlumatlandırılmalı, onlara narkomaniyanın düçar etdiyi bəlalar aşılanmalıdır. Çətin tərbiyə olunan uşaqlarla onların dilində danışmaq və narkomaniyanın nə qədər təhlükəli və zərərli bir vərdiş olduğunu başa salmaq lazımdır.
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09

