Həyat dəyərlidir, onu narkotikə qurban vermə!
27.02.2024 [13:35]
27 fevral 2024-cü il tarixdə YAP Samux rayon təşkilatında gənclərlə “Həyat dəyərlidir, onu narkotikə qurban vermə!” mövzusunda maarifləndirici seminar keçirildi.
Seminarı giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdən olduğunu bildirdi. Qeyd etdi ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bu səbəbdən də Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparılır.
Seminarda iştirak edən Samux rayon İcra Hakimiyyəti Başçısı Aparatının müavini-ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova çıxışında maarifləndirmə işlərinin narkomaniyaya qarşı mübarizədə ən güclü vasitə olduğunu bildirdi. Onun sözlərinə görə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın otuz səkkiz bəndi məhz maarifləndirmə məsələlərinə həsr olunub. Narkotik maddələrdən asılılıq insanın ailəyə, cəmiyyətə bağlılığını azaldır və nəticədə onu cəmiyyət üçün faydasız fərdə çevirir. Buna görə də gənclər narkomaniyanın nə qədər zərərli və təhlükəli olduğunu bilməlidirlər.
Seminarda həmçinin Samux rayonu Polis şöbəsinin Narkotilərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili polis kapitanı Sərxan Sadıqov çıxış edərək narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, narkotik vasitələrin fəsadları barədə geniş məlumat verdi. Narkomaniyanın qarşısının alınması istiqamətində ölkəmizdə, o cümlədən Samux rayonunda görülən işlərdən, həyata keçirilən tədbirlərdən, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının atdığı barışmaz və qətiyyətli addımlardan söz açdı.
Daha sonra seminarda iştirak edən Samux rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev, Samux rayonu Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova və İnstitut qəsəbə tam orta məktəbi müəlliməsi Xəyalə Namazova çıxış edərək narkotik maddələrin insan sağlamlığı üçün törətdiyi fəsadlardan ətraflı bəhs etdilər. Onlar, gəncləri bu bəladan uzaq olmağa çağırdılar.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

