Türkiyə-Azərbaycan birliyi
22.02.2024 [11:06]
Türkiyə-Azərbaycan əməkdaşlığının önəmli istiqamətlərindən biri hərbi sahədə olan işbirliyidir. Hər il həm Türkiyədə, həm Azərbaycanda ən azı 10 hərbi təlim keçirilir ki, bu da hərbi gücümüzü daha da artır. Eyni zamanda, Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Ölkələrimizin birgə istehsalla əlaqədar konkret planlar mövcuddur.
Fevralın 19-da Türkiyənin paytaxtı Ankarada rəsmi səfəri zamanı Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında hərbi sahədə olan işbirliyindən bəhs edərkən vurğuladı ki, İkinci Qarabağ savaşı və keçirilən antiterror əməliyyatı Türkiyənin Ordu modelinin Azərbaycanda tam oturuşduğunu göstərdi. Ölkə başçısı onu da qeyd etdi ki, Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.
Mətbuata bəyanatında Prezident İlham Əliyev onu da bildirdi ki, Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi layihələr kifayət qədər çoxdur. Reallaşdırılan nəqliyyat, enerji layihələri ölkələrimizin sərhədlərindən kənarda da artıq önəmli rol oynayır. Ticarət dövriyyəmiz sürətlə artır və rekord həddə çatıb. Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7,5 milyard dollara çatıb. Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir. Mühüm beynəlxalq layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir. Bir sözlə, Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib.
Prezident İlham Əliyevin cari ilin 19 fevral tarixində Türkiyəyə rəsmi səfəri zamanı Prezidentlərin mətbuata birgə bəyanatında Prezident Rəcəb Tayyib Ərdoğan ölkəmizlə bağlı mühüm açıqlamalar verdi. Qardaş ölkənin Prezidenti bildirdi ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara Türkiyə güclü etiraz şəkildə göstərib. Qəbul olunan qərar ləğv edilənə qədər Türkiyə bu istiqamətdəki səylərini davam etdirəcək və ölkəmizə dəstək göstərəcək.
Prezident Rəcəb Tayyib Ərdoğan Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldığını da diqqətə çatdırdı. Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir, deyə qeyd edən qardaş ölkənin Prezidenti Türkiyənin bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət etdiyini bəyan etdi.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

