Azərbaycan-Türkiyə birliyi önəmli amilə çevrilib
21.02.2024 [12:45]
Azərbaycan və Türkiyə prezidentlərinin hər seçkidən sonra ilk qarşılıqlı rəsmi səfərlərini Ankara və Bakıya etməsi ənənə halını alıb. Azərbaycan Prezidenti İlham Əliyevin seçkidən sonra Türkiyəyə bu dəfəki səfəri də əhəmiyyətli idi. Hər iki ölkənin müttəfiqlik münasibətlərinin getdikcə möhkəmlənməsi diqqətəlayiq hal kimi qəbul edilir. Təbiidir ki, bu məsələdə hər iki ölkə liderinin xüsusi əməyi vardır.
İlk öncə qeyd edək ki, cənab İlham Əliyevin Türkiyəyə və həmin dövlətlə strateji münasibətlərə xüsusi önəm verməsi bir sıra problemlərin həllində mühüm rol oynamışdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurla davam etdirilməsi ölkəmizin inkişafına xüsusi təkan vermişdir.
Cənab İlham Əliyev mətbuata verdiyi bəyanatında dörd əsas məsələyə toxunaraq Türkiyə ilə münasibətlərin səviyyəsini və bundan sonrakı əməkdaşlıq məsələlərini gündəmə gətirdi.
İlk növbədə Azərbaycan-Türkiyə birliyinin təkcə iki ölkə üçün deyil, bütünlükdə Avrasiya üçün önəmli amilə çevrilməsini qeyd edən cənab İlham Əliyev bundan sonra da əməkdaşlığın yüksələn xətt üzrə inkişaf edəcəyinin anonsunu vermiş oldu. 44 günlük müharibədə Azərbaycanın yanında olan Türkiyənin bölgədə söz sahibi olmasından məmnunluğunu ifadə edən ölkəmizin başçısı dedi: “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik.”
İkinci Qarabağ müharibəsindən sonra da Türkiyənin dəstəyini davam etdirməsi, Müttəfiqlik Bəyannaməsinin hər iki dövlətin birlikdə hərəkət etməsinə imkan yaratması Türk dünyasının birləşməsinə, Türk Dövlətləri Təşkilatının hər bir üzvünün güclənməsinə imkan verəcəkdir. Cənab İlham Əliyev bu ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin müşahidəçi statusunda dəvət ediləcəyini bildirməsi göstərdi ki, Azərbaycan Türkiyənin Şimali Kiprə dəstəyinin artırılması istəyinə müsbət yanaşır.
Cənab Prezident eyni zamanda Azərbaycan-Türkiyə Universitetinin yaradılması, təhsil sahəsində birgə əməkdaşlıq imkanlarının da inkişaf etdirilməsi zərurətinə toxunaraq bildirdi ki, hərbi-texniki sahədəki iş birliyi Azərbaycanın bu sahədə kifayət qədər güclənməsinə səbəb olmuşdur və təhsil sahəsində də belə olacaqdır. Ölkə başçısının Ankarada “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modeli halında inkişaf edir” fikri bunu bir daha təsdiq etmiş oldu.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50

