Yeni dövr başlayır
21.02.2024 [11:21]
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri
Ölkəmizin XXI əsrin əvvəllərindən start götürən ecazkar yüksəlişi və çoxəsrlik tariximizin ən şərəfli səhifələrindən birinə çevrilən 2020-ci ilin Böyük Zəfər salnaməsi Prezident İlham Əliyevin müstəsna xidmətləri və şəxsi şücaəti sayəsində reallaşmışdır. Bu Qələbə xalqına layiq olan liderin və liderinə sadiq olan xalqın qəhrəmanlıq dastanını xatırladır. Hər bir lider öz xalqının yetirməsi, hər bir ölkə liderinin əsəridir. Cəmiyyət İlham Əliyevin timsalında yeni liderin meydana gəldiyini məmnuniyyətlə müşahidə edir, onun seçki platformasına inam və ehtiramla yanaşırdı. Digər tərəfdən, xalq onun nümunəsində Azərbaycanda Heydər Əliyev siyasətinin davam etdirilməsinin etibarlı təminatını görürdü ki, bu da İlham Əliyevin seçki kampaniyasının uğur amilləri sırasında əhəmiyyətli yer tuturdu.
İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanmasının fundamental əsasının onun yeni tipli, müasir təfəkkürlü siyasətçi olması ilə şərtləndiyi ayrıca qeyd edilməlidir. XXI əsrə böyük milli inkişaf iddiaları ilə daxil olan Azərbaycanda yeni islahatlar obyektiv zərurətə çevrilmişdi.Bu islahatlar yeni dövrün tələblərinə cavab verən, müasir baxışlara əsaslanan islahatlardır. Tarixin onun üzərinə qoyduğu möhtəşəm vəzifələri yerinə yetirməyə hazır olan İlham Əliyev prezidentlik müddəti ərzində yeni iş yerlərini açmaqla, qaçqın və məcburi köçkünlərin illər boyu ağır şəraitdə yaşadığı çadır şəhərciklərinin aradan qaldırmaqla qarşısında qoyduğu hədəflərin miqyası barədə aydın təsəvvür yaratmışdır Bu mənada onun daha bir bəyanatı da xatırlanmağa layiqdir. “Böyük işlər görmək üçün qarşımıza möhtəşəm vəzifələr qoymalıyıq” deyən prezidentin ölkəsinin çox qısa bır zamanda dünyanın ən dinamik iqtisadiyyatına çevrilməsi, əlbəttə, tamamilə, qanunauyğundur.
İlham Əliyev dövrünün böyük sıçrayışı hər şeydən əvvəl Azərbaycan iqtisadiyyatının qeyri-adi inkişafında təcəssüm edir. Bunu Azərbaycanın iqtisadi möcüzəsi də adlandıranlar vardır. Azərbaycanın sıçrayışının növbəti təcəssümü haqlı olaraq, yüz minlərlə yeni iş yerinin açılması hesab olunmağa layiqdir. İlham Əliyevin təqdim etdiyi proqram əsasında ölkədə 1,4 milyona yaxın iş yeri açıldı, əhalinin işlə təminatında ciddi dönüş baş verdi. İqtisadi və sosial məna tutumu kifayət qədər yüksək olan bu möhtəşəm vəzifələrin yerinə yetirilməsi Azərbaycanın inkişaf modelinin möcüzə sayıla biləcək nəticələri sırasında layiqli yer tutur. Ölkənin əmək qabiliyyətli təxminən 5 milyonluq əhalisinin 1,4 milyonu, təxminən dörddən biri İlham Əliyevin prezidentliyi dövründə işlə təmin olunmuşdur. Respublikamızın dünyada ən sürətlə yeniləşən, dəyişən, müasirləşən ölkə statusunun hamılıqla qəbul edilməsi milli qürür hissi yaratmaya bilməz.
Bu gün Azərbaycan ən müasir ölkə, onun paytaxtı Bakı isə ən gözəl şəhər sayılır. Dəyişən təkcə ölkənin siması deyil, onun yaşamaq, müasirləşmək, gələcəyə layiq olmaq imkanlarını qazanmasıdır. İnsanların layiqli yaşaması üçün ən əlverişli, rahat şəraitin yaradılmasıdır. Bakının beynəlxalq miqyaslı mədəni, siyası, intellektual mərkəzə, dialoq, idman, tolerantlıq mərkəzinə çevrilməsidir. Nəticədə bütünlükdə Azərbaycanın, onun mədəni mühitinin, dəyərləri sisteminin müasirləşməsi, modernləşməsidir, insanların həyatı ilə yanaşı, həyata baxışlarının dəyişməsidir. Bir sözlə, ölkəmiz İlham Əliyevin düşünülmüş islahatları sayəsində möhtəşəm sıçrayış yolu keçərək, vaxtilə Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, sanki dünyaya yenidən doğmuşdur. Bu sıçrayış Prezident İlham Əliyevin iradəsinin, əməyinin, idarəçilik bacarığının nəticəsi və xalqa töhfəsidir.
“Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik sərgiləyən xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik” kəlmələrini söylədi qalib xalqın qalib prezidenti. Bu isə yeni başlanan dövrün ilk uğuru,ilk qələbəsi deyildi.
Uğur və qələbə daim İlham Əliyevin həyatının və taleyinin yanında olub. İnanıram ki, onu gözləyən növbəti uğur öz təcəssümünü daha gözəl, daha cazibədar məmləkətin qurulmasında tapacaq və O, çiçəklənən Azərbaycanın memarı adını yazdığı tarixin şanlı səhifəsinə əbədi olaraq həkk edəcəkdir.
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43

