Konkret mövqe
06.02.2024 [10:58]
“Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı” Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa İttifaqının Baş katibi Martin Çunqonqu qəbul edərkən söyləyib.
Ölkəmizin başçısı vurğulayıb ki, Ermənistanın təcavüzkarlığına biganə yanaşan siyasi dairələr 30 il ərzində səslərini çıxarmadığı halda, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra nədənsə birdən-birə fəallaşmağa başlayıblar. Fəallıq isə Ermənistanı müdafiə etməkdən ibarətdir. Niyəsini isə özlərindən başqa kimsə bilmir. Bu cür mənasız və yersiz müdafiə isə göründüyü kimi yalnız sülh prosesinə maneçilik törədir. Necə ki, 44 günlük müharibədən sonra Ermənistan öz öhdəliklərini yerinə yetirmədi və separatçılara verilən dəstək bir müddət bu prosesə ciddi maneə oldu. Bundan ruhlanan separatçılar daha da irəli gedərək “prezident seçkiləri” adı altında yeni bir şou göstərdilər və bu da antiterror tədbirlərini qaçılmaz etdi. Nəticədə atəşkəs prosesinə əməl olunur, müharibə sona çatmışdır: “Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.”
Sülh sazişinin imzalanmasına əngəl törədən amilləri konkret olaraq göstərən cənab Prezident ilk növbədə rəsmi Parisin mövqeyini və Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə olan müddəaları qeyd edərək bildirdi:” Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.”
AŞPA-nın bu yaxınlarda Azərbaycan nümayəndə heyətini etimadnaməsini ratifikasiya etməməsini beynəlxalq riyakarlıq adlandıran cənab İlham Əliyev konkret mövqe ortaya qoydu: “Avropa Şurası Parlament Assambleyasının addımları dialoqa xidmət etmir. Bu cür təşəbbüslər parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.” Bu mövqe Azərbaycan xalqının mövqeyidir. Azərbaycan xalqı ikili standartlardan yetərincə ziyan çəkib. Belə davam edəcəyi təqdirdə təbii ki, xalq öz sözünü deyəcəkdir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57

