2024-cü ildə də xalqımızı gözəl günlər, uğurlar gözləyir
09.01.2024 [15:43]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
2023-cü il ölkəmiz üçün tarixi nailiyyətlərlə yadda qaldı. “Heydər Əliyev İli”ndə dövlətimiz və xalqımız möhtəşəm uğurlara imza atdı. İlk növbədə, dövlət suverenliyimizin təmin olunması xüsusi vurğulanmalıdır. Azərbaycan Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ötən il respublikamızda baş verən mühüm hadisələrin sırasında dövlət suverenliyimizin bərpasına xüsusi diqqət çəkib: “...dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür”.
İkinci Qarabağ müharibəsində qazanılan şanlı Qələbədən sonra, ötən üç il ərzində qalib Azərbaycan bunu sülh yolu ilə həll etmək istəyirdi və bununla bağlı mövqeyini qarşı tərəfə çatdırmışdı. Biz hesab edirdik ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracaq. Əfsuslar olsun ki, bu, belə olmadı. Üç il ərzində Ermənistan üçtərəfli Bəyanatla öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta ölkəmizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Dəfələrlə səsləndirdiyimiz tələblərə baxmayaraq, Ermənistan ordusunun təxminən 15 minlik kontingenti Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi. Prezident İlham Əliyevin bildirdiyi kimi, təbii ki, biz bu vəziyyətlə barışa bilməzdik. “Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdik ki, bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
İşğalçı Ermənistan təxminən 30 il ərzində öz nəzarətində saxladığı ərazilərimizi başdan ayağa xarabazarlığa çevirib, burada qanunsuz iqtisadi fəaliyyət həyata keçirib və sərvətlərimizi talayıb. Qarşı tərəf hesab edirdi ki, Azərbaycan həmin əraziləri bərpa edib məskunlaşdıra bilməyəcək və yaxud buna onilliklər lazım gələcək. Ancaq qalib Azərbaycan işğaldan azad etdiyi ərazilərin bərpasına müharibə başa çatandan dərhal sonra başladı. İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın təmin edilməsi indiki starateji mərhələdə ölkəmizin beş milli prioritetindən biri kimi müəyyənləşdirilib.
Azərbaycan azad edilmiş ərazilərin məskunlaşdırılmasını tez və layiqli şəkildə həyata keçirmək əzmindədir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları böyük tikinti meydanına çevrilib. Xarabalıqlar üzərində yeni şəhərlər, kəndlər ucaldılır. Prezident İlham Əliyev bəhs olunan ərazilərin bərpasından və məskunlaşdırılmasından məmnunluğunu ifadə edib. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. 2023-cü ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı. Avqust ayında Füzuli şəhərinə və Zabux kəndinə soydaşlarımızın köçü baş tutdu. Ötən il Müstəqillik Günündə Laçın şəhərinə keçmiş məcburi köçkünlər qayıtdılar. Bundan əvvəl isə ilk olaraq Ağalı kəndində məskunlaşdırma həyata keçirilib.
Son üç ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən işlər, o cümlədən qısa müddətdə burada yaradılan müasir infrastruktur sayəsində perspektivdə məskunlaşmanın miqyası daha da genişlənəcək. Prezident İlham Əliyev 2024-cü il üçün xalqımıza növbəti müjdələri verdi: “Onu da bildirməliyəm ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar”.
Beləliklə, 2024-cü ildə xalqımızı daha gözəl günlər, uğurlar gözləyir. Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz cari ildə də möhtəşəm nailiyyətlərə imza atacaq!
Xəbər lenti
Hamısına baxDünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17

