Azərbaycanın gündəliyi yaşıl enerji ilə bağlıdır
28.12.2023 [13:44]
Samir Qocayev, YAP Goranboy rayon təşkilatının sədri
Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edildi. Bu mühüm addım dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir. Cənab İlham Əliyevin hər bir ili konkret sahənin adı ilə bağlaması, yaxud elan edilən ilin Azərbaycanın çoxəsrlik tarixinin daha geniş miqyasda vərəqlənməsinə, indiki və gələcək nəsillərə çatdırılmasına imkanlar yaratması diqqətdən kənarda qalmır. Artıq “Heydər Əliyev İli”nin son ayındayıq. Bu il çərçivəsində Azərbaycan tarixinə daha möhtəşəm zəfər səhifələrini yazdı. Azərbaycana hansı sahədən baxsaq uğurları sırasına yenilərini əlavə etdiyini görərik. Bu, Heydər Əliyev siyasətinin uğurlu davamının nəticəsidir.
Azərbaycan cari ildə də yeni əməkdaşlıq formatlarının müəllifi kimi diqqətdə oldu. Ümummilli Lider Heydər Əliyevin dünya təcrübəsinə əsasən söylədiyi “Heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur, əməkdaşlığın coğrafiyasının genişləndirilməsində öz sözünü deyir. Dövlət başçısı İlham Əliyevin “Yaşıl dünya naminə hənrəylik İli” ilə bağlı Sərəncamı bütün bu məqamları özündə ehtiva edir.
Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edib. Bu layihələr ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Uğurla sona çatan hər bir layihə bu körpünü daha da möhkəmləndirir. Bu günümüzün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Bu sahədə əməkdaşlığın qurulması istiqamətində mühüm addımlar atılır. Ölkəmiz bu sahədə də zəngin potensiala malikdir. Hazırda işğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar diqqət mərkəzindədir.
Sərəncamda da qeyd edildiyi kimi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin əsas tərkib hissəsidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
Onu da qeyd edək ki, tarixi Zəfərimiz hər sahədə təkmilləşməyə yol açdığı kimi, yeni Dövlət Proqramlarının qəbulunu, yenilənməsini bir zərurət kimi qarşıya qoydu. İqtisadi rayonların yeni bölgüsünün aparılması ilə yanaşı, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Həmin sənəddə növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması əsas hədəf kimi qarşıya qoyulub: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Milli Prioritetlərdə bu çağırışlar yer tutur ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır.
Azərbaycanın gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi bu sahəyə verdiyi töhfələrin, malik olduğu təcrübənin təqdimatında öz sözünü deyəcək. Azərbaycan həmişə iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Ölkəmizin təkcə son üç ildə, tarixi Zəfərimizdən sonrakı dövrdə iqtisadi artımla ekoloji mühitin tarazlığının təmin olunması, ölkədə ümumi ərazilərdə yaşıllıqların payının artırılması istiqamətində atdığı addımlara diqqət yetirmək kifayətdir. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi təşəbbüsləri, atdığı addımları beynəlxalq dəstək qazanan dövlətimizin başçısı İlham Əliyevin məsələyə necə diqqət göstərdiyini nümayiş etdirir. Əsas çağırış budur ki, birgə səylərin göstərilməsi vacibdir. Bu inam beynəlxalq səviyyədə də etiraf edilir ki, Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi edəcək. Bir daha sübut olunacaq ki, Azərbaycanın gündəliyi yaşıl enerji ilə bağlıdır.
Xəbər lenti
Hamısına baxGündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16

