Radikal müxalifətin səyləri əbəsdir
26.12.2023 [11:11]
Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə demokratik seçki mühitinin formalaşdırılması dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrildi və seçki sisteminin ildən-ilə təkmilləşdirilməsinin əsası qoyuldu.
Ulu Öndərin hakimiyyətə gəlişindən sonra ölkəmizdə 6 prezident, 6 parlament və 5 bələdiyyə seçkisi keçirilmişdir. Bütün bu seçkilərə dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə vətəndaşların siyasi şüuru, seçki mədəniyyəti daha da yüksəlmişdir. Bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokraktiyanın inkişafı ilə bağlı qətiyyətli və ardıcıl siyasəti dayanır. Respublikamızda demokratik institutlar inkişaf etdikcə seçki sisteminin təkmilləşdirilməsi prosesi də uğurla həyata keçirilir. Hələ 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin dövründə parlamentə təqdim olunmuş Seçki Məcəlləsi Azərbaycanın seçki sisteminə verilmiş ən mühüm töhfələrdən biri oldu. Seçki Məcəlləsinin qəbulu ölkəmizdə möhkəm və səmərəli fəaliyyət göstərə bilən seçki sisteminin yaradılmasına gətirib çıxardı. O zaman Seçki Məcəlləsi beynəlxalq qurumlar tərəfindən müasir standartlara cavab verən qanun kimi dəyərləndirilmiş, bu sənədin azad və ədalətli seçkilərin keçirilməsində mükəmməl hüquqi baza olduğu bildirilmişdi.
Azərbaycanda seçki qanunvericiliyi daim təkmilləşdirilir. Seçki Məcəlləsi qəbul ediləndən sonra məcəlləyə müəyyən əlavələrin və dəyişikliklərin edilməsi müasir dövrün tələbi olmaqla yanaşı, həm də Azərbaycanda demokratik mühitin bərqərar olmasından xəbər verir.
Bu istiqamətdə həyata keçirilən davamlı islahatların uğurlu nəticələri artıq göz qabağındadır. Azərbaycanda qanunvericilik bazasının daha da təkmilləşdirilməsi, icra mexanizmlərinin dövrün tələblərinə uyğun yenilənməsi və tənzimlənməsi, daha çevik idarəetmə mexanizminin formalaşması, çoxpartiyalı sistemin və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, insanlara sərbəst toplaşmaq azadlıqlarının təmin edilməsi demokratiyanın dinamik inkişafını təsdiq edən mühüm şərtlərdəndir. Müstəqil Azərbaycan inkişaf və gələcəyə baxış siyasətini məhz, bu möhkəm təməl üzərində qurmuşdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı sərəncam imzalayandan sonra radikal müxalifət ölkəmizdə gələn il keçiriləcək növbədənkənar seçkilərlə bağlı qərəzli mövqelərdən çıxış etməyə başladı. Onlar başa düşmək istəmirlər ki, 2024-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilk dəfə olaraq ölkənin istisnasız bütün ərazisində keçiriləcəkdir. Müdrik Azərbaycan xalqı buna Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əvvəlcə 2020-ci ildə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdıraraq öz torpaqlarını işğaldan azad etməklə, sonra da bu ilin sentyabr ayında keçirdiyi anti-terror əməliyyatı nəticəsində ölkənin tam suverenliyini bərpa etməklə nail olub.
Bu gün Azərbaycanda xalq-iqtidar birliyi özünün ən zirvə nöqtəsindədir.
Bu birlik cənab Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 il ərzində verdiyi bütün vədləri yerinə yetirməsi, sözün əsl mənasında, hər bir azərbaycanlının prezidenti olması nəticəsində formalaşıb və möhkəmlənib. Bütün bunlara görə də Azərbaycan xalqı üçün cənab İlham Əliyev alternativi olmayan, qalib bir ölkənin qalib Liderdir. Təbii ki, bu vəziyyət öz acizliyini, gücsüzlüyünü dərk edən, mövcud Azərbaycan reallıqlarını qəbul etməyən radikalları məyus edir, yuxularını ərşə çəkir və onları həmişə olduğu kimi təxribatlara sövq edir. Amma bu gün kimlərin hansı təxribatlar, hansı məkrli planlar hazırlamasından asılı olmayaraq ölkəmizdə bu planların həyata keçmə ehtimalı yoxdur və ola da bilməz. Radikal müxalifətin bundan əvvəlki bütün boykot çağırışları necə iflasa uğramışdırsa, bu dəfə də nəticə tamamilə eyni olacaqdır. Hər kəs qəti əmindir ki, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində müdrik xalqımız yenə də Ümummilli Lider Heydər Əliyev siyasi kusuna, bu kursun ən layiqli davamçısı olan müdrik Prezidentimiz cənab İlham Əliyevə səs verəcəkdir.
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34

