Radikal müxalifətin acizliyi
25.12.2023 [12:41]
Anar Abbasov
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavini
Azərbaycan mühüm siyasi hadisə ərəfəsindədir. 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması şəraitində baş tutacaq.
Azərbaycan demokratik dövlətdir, şəffaf, azad və ədalətli keçirilməsi üçün mükəmməl seçki sistemi mövcuddur. Seçki mübarizəsində iştirak edən siyasi partiyalar üçün bərabər şərait, azad rəqabətin inkişafı üçün müasir seçki təbliğatı vasitələri və seçki prosesinin şəffaflığını sübut edən ən müasir texnologiyalar var. Xüsusilə, hər bir seçkinin azad və ədalətli keçirilməsi üçün dövlətinin siyasi iradəsi mövcuddur.
Artıq bir sıra partiyalar seçkilərdə iştirakla bağlı qərar qəbul edərək öz namizədlərini irəli sürüblər. Lakin öz məğlubiyyətlərini əvvəlcədən bilən Müsavat Partiyası və AXCP bu dəfə də seçki prosesinə qoşulmaqdan boyun qaçırdı. “Müsavat” seçkilərdə iştirak etməyəcəklərini, AXCP isə “boykot” edəcəklərini bildirib. Əslində, seçkinin nəticələrinə kölgə salmaq üçün hər cür oyundan çıxan radikallar əslində ilk növbədə öz gücsüzlüklərini, zəifliklərini ört-basdır etməyə çalışırlar. Daha doğrusu, bu fakt onların 3-5 nəfərlik qohum-əqrəba birliyindən, maddi maraq qrupundan başqa bir şey olmadıqlarının etirafıdır.
Məlumdur ki, “Siyasi partiyalar haqqında” yeni qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olub. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb.
Görünən odur ki, radikallar sağlam rəqabətin əvəzinə yenə də təxribat yolunu seçir. Seçkilərlə bağlı qərəzli şəkildə boykotun elan olunması xarici qüvvələrə xidmət edən siyasi təxribatdan başqa bir şey deyil. Həmçinin, “boykot” siyasi rəqabət metodu deyil, qərəzli informasiya manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır. Həm də “boykot” siyasətdə prinsipial mövqeyin nümayişi deyil, o, bilavasitə məkrli niyyətlərə yol açan siyasi hiylədir. Çünki cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas “keyfiyyətlərdən” olublar.
Nəzərə almaq lazımdır ki, seçkilərdə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. Bu legitim prosesdə iştirak etməkdən imtina edənlərin səbəbi zəiflik və qalmaqallı situasiyaları təhrik etməkdir. Lakin Azərbaycan xalqı onları yaxşı tanıyır. Ona görə də, radikalların seçkiqabağı təxribat cəhdləri iflasa məhkumdur!
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34

