İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır
22.12.2023 [10:41]
Dövlətimizin siyasətində vətəndaş amilinə xüsusi önəm verilir. Prezident İlham Əliyevin bütün çıxışlarında bu çağırış xüsusi yer tutur ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Cənab İlham Əliyev vətəndaş məmnunluğunun artırılmasını qarşıya əsas vəzifə kimi qoyub. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. 2003-cü ildə açıqlanan hədəflər sırasında Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi əsas yer tutdu. Dövlət başçısı İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürdü və bu istiqamətdə mühüm addımlar atır. İqtisadi artımın neft sektorundan asılılığını minimuma endirmək üçün regionların malik olduğu imkanlardan maksimum bəhrələnmək məqsədilə Regional inkişaf proqramları təsdiqləndi və icra edilir. Bununla da regionlarımızın yeni mənzərəsi yaradıldı. Bölgələrimiz arasında sağlam rəqabət gedir. Cənab İlham Əliyevin hər bir bölgəyə səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Ölkəmizin son 20 ildə enerji və nəqliyyat sahəsində qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. 2006-ci ildə çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı. Ölkəmizin beynəlxalq nüfuzunu artıran Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verildi. Hazırkı dövrün əsas çağırışlarından biri bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan bu sahədə də böyük potensiala malikdir. Hazırda işğaldan azad edilmiş ərazilərimiz malik olduqları bu potensiala görə diqqətdədir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi əsas hədəf kimi qarşıya qoyulub. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır. Son üç ildə ölkəmizin həyatında yeni dövr başlayıb.
Belə ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində qazanılan tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış proqramının uğurlu icrası tezliklə bu ərazilərimizə yeni nəfəsin gələcəyinə, malik olduqları iqtisadi potensialdan səmərəli istifadə nəticəsində ölkəmizin dayanıqlı inkişafına böyük töhfələr veriləcəyinə inamı artırır. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq bu torpaqlarda soydaşlarımızın yüksək şəraitdə yaşayışını təmin etmək üçün bütün zəruri olan addımlar atılır. Bu ərazilərimizdə də “ASAN xidmət”, DOST mərkəzlərinin yaradılması hədəflər sırasındadır. Həmçinin məşğulluğuq probleminin həlli əsas prioritetlərdəndir. Yeni texnolofiyaların tətbiqi şəraitində bərpa olunan və yenidən qurulan torpaqlarımız Azərbaycanın zəngin şəhərsalma təcrübəsini dünyaya təqdim edir. Ümumiyyətlə, ölkəmizdə iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması vətəndaş məmnunluğunun artırılmasında əhəmiyyətli rol oynayır. “Güclü dövlət, yüksək rifah” dövlətimizin həyata keçirdiyi siyasətin əsas prinsipidir.
Azərbaycanın uğurlu neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı prioritetdir. Bu gün Azərbaycan yalnız neft-qaz sektoru ilə deyil, qeyri-neft sektorunun inkişafı ilə də dünyanın diqqətindədir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoydu. Azərbaycana hansı sahədən baxsaq böyük uğurların davamlılığını görərik. Təbii ki, bunlara əsas yaradan Ulu Öndər Heydər Əliyevin düşüşnülmüş, gələcəyə hesablanmış siyasəti və son 20 ildə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsidir. Hər bir vədini əməli fəaliyyəti ilə təsdiqləyən Prezidentə xalqın sevgisi şəksizdir. Prezident İlham Əliyev Azərbaycanı gücləndirdi, qalibiyyətimizi şərtləndirən bütün amillərin yaradılmasına nail oldu. Qarabağ və Şərqi Zəngəzur tezliklə böyük investisiyalar məkanına çevriləcək. Azərbaycanın sosial dövlət imicinə yeni əlavələr olunacaq.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34

