Xalqın arzusu və tələbi
18.12.2023 [10:29]
Partiyamız 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürüb və bununla bağlı qərar yekdiliklə qəbul edilib. Bu qərar xalqın gözlədiyi qərar olduğundan onun mövqeyini tam əks etdirir. Çünki xalq indiki mərhələdə məhz cənab İlham Əliyevin rəhbərliyini və liderliyini qəbul edir, Azərbaycanı gələcək nailiyyətlərə və qələbələrə çatdıracaq şəxsin məhz cənab Prezident olduğunu birmənalı şəkildə qəbul edir.
Əlbəttə ki, bunun kökündə cənab İlham Əliyevin 20 il ərzində xalqa verdiyi bütün vədləri yerinə yetirməsi, 200 il ərzində heç kimin edə bilmədiyini etməsi durur. Məhz cənab Prezidentin yürütdüyü müdrik, uzaqgörən, qətiyyətli siyasət nəticəsində Azərbaycan işğala son verərək ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qarabağ kimi yüz il davam edən ən mürəkkəb münaqişəyə son verib. Nəinki müstəqilliyi dövründə, eləcə də son 200 ildə ilk dəfə olaraq Azərbaycan alınmış, işğal edilmiş torpaqlarını özünə qaytara bilib.
2003-cü ildən başlayaraq müstəqil Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox uğurlara imza atmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nailiyyətlər əldə etmişdir. Ötən 20 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimizin özünün də böyük fəxrlə qeyd etdiyi kimi, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyevin Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlər cərgəsinə çıxaracağı günlər uzaqda deyil.
Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin dövlətə rəhbərlik etdiyi 20 il Azərbaycanın inkişafı baxımından çox məsul və şərəfli dövr kimi tarixə həkk olunub. Bu müddətdə əldə edilən tarixi nailiyyətlər təsdiqləyir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin xalqa son müraciətində “Mən ona özüm qədər inanıram” sözlərinin ifadə etdiyi böyük etimadı yüksək səviyyədə doğruldub.
Dünyanın siyasi xəritəsində kiçik bir ərazini tutan Azərbaycan artıq geosiyasi məkana çevrilə bilmişdir. Bir çox iqtisadçılar dövlət quruculuğunda və sürətli iqtisadi inkişafda əldə edilmiş uğurları bəzən təbii sərvətlər amili ilə izah etməyə üstünlük verirlər. Ancaq bu da bir həqiqətdir ki, zəngin təbii sərvətlərə malik olan ölkələrin heç də hamısı dövlətimizin nail olduğu yüksəlişə, inkişafa müvəffəq ola bilməmişdir. Doğrudur, təbii resursların mövcudluğu ciddi amilə çevrilərək müəyyən rol oynayır. Bununla bərabər sərvətlərin səmərəli istifadə edilməsi, fəaliyyətin forma və metodları da olduqca əhəmiyyətlidir. Eyni zamanda, ölkə ərazisinin beynəlxalq kommunikasiya dəhlizlərinin sıx şəbəkəsindəki mobil bir halqaya çevrilməsinin də həlledici rolu danılmazdır. Ticari, sənaye və maliyyə kapitalının informasiya məhsulunun dövriyyə qabiliyyəti bundan çox asılıdır. Bütün bunların fonunda həm də beynəlxalq səviyyədə ciddi aktor qismində çıxış edən subyektə çevrilmək tamam başqa məsələdir. Bunun üçün güclü, iradəli, uzaqgörən, yüksək idarəetmə məharəti kimi keyfiyyətlərə malik nüfuzlu lider olmalıdır.
Milli məsələlərdə güzəştə getməyən Prezident İlham Əliyev hakimiyyətə gələndən böyük zəfər gününə kimi Qarabağ məsələsində də heç bir güzəştə getmədi, Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. O, 44 gün ərzində siyasi, hərbi lider kimi durmadan, dincəlmədən sözün əsl mənasında vuruşdu, həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü.
Yeni tarix yazıldı. Bu tarixi gələcək səhifələrini də yazmaq, başladığı missiyanı sonadək yerinə yetirmək üçün xalq öz liderindən, özünün müdrik rəhbərindən bundan sonra da dövlətə rəhbərlik etməsini istəyir. Bəli, bu xalqın arzusu, həm də tələbidir.
Azərbaycan xalqı öz lideri ilə qürur duyur, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, onun apardığı daxili və xarici siyasəti dəstəkləyir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54

