Əgər Ermənistan hesab edir ki...
14.12.2023 [11:17]
44 günlük İkinci Qarabağ müharibəsindən tarixi Zəfərimizdən üç il keçdi. Bu üç ildə nə qədər böyük dəyişikliklər baş verib? Tarixi Zəfərimizin reallıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər göz qabağındadır. Qısa müddətdə belə genişmiqyaslı işləri görmək dünya hərb tarixində istisna haldır. Müharibədən çıxan ölkənin dərhal bərpa-quruculuq işlərinə başlanması yalnız iqtisadi və maliyyə imkanları ilə deyil, illərin torpaq həsrətinin nəticəsidir. Xalqımız tam əmin idi ki, tezliklə dövlətimizin uğurlu siyasəti nəticəsində ərazi bütövlüyümüz bərpa ediləcək, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Hər ay, hər gün Azərbaycanı Qələbəyə yaxınlaşdırırdı və nail olduq. Dekabrın 6-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forum bir daha bu reallıqlara işıq saldı. Müharibə başa çatan kimi Azərbaycan dövləti Ermənistana sülh təklifini etdi. Regionda sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanması postmünaqişə dövrünün əsas çağırışıdır. Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir və bunu qarşı tərəfdən də tələb edir. Forumdakı çıxışında “Bizim hələ də ümidlərimiz var idi ki, Ermənistanın rəhbərliyini özünün beynəlxalq öhdəliklərini əməl etməyə inandırmaq mümkün olacaq. Xüsusilə də 2020-ci il noyabrın 10-u erkən saatlarda mənim, Rusiya Prezidentinin və Ermənistanın baş nazirinin imzaladığı Bəyanatla bağlı. Biz ümid edirdik ki, onlar öz imzalarına hörmət edəcək və uzun müddət davam edən qarşıdurmaya son qoymaq üçün vacib addımlar atacaqlar. Başqa sözlə desək, onlar öz qoşunlarını Qarabağdan çıxarmalı idilər. Onlar müxtəlif səbəblərdən bunu etmədilər” söyləyən cənab İlham Əliyev diqqəti postmünaqişə dövrünün reallıqları fonunda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsinə yönəltdi. Bildirdi ki, bir neçə beynəlxalq çağırışla üz-üzəyik. Təəssüflər olsun ki, tərəfdaş hesab etdiyimiz bəzi ölkələr tərəfindən anlaşılmazlıq görür və mövqeyimizi izah etməyə çalışırıq. Beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir və selektiv yanaşmaya yol vermək olmaz. Azərbaycan etdiyini BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq edib. Bu, beynəlxalq hüquqa əsasən olunub və istənilən ölkə kimi Azərbaycanın da suveren hüququ var ki, ərazisinə tam nəzarət etsin. 30 illik işğal dövründə olduğu kimi, bu gün də Ermənistan sülh müqaviləsinin imzalanması prosesini uzatmaq üçün müxtəlif yollara əl atır, hərbi təxribatların törədilməsinə cəhdlər edir. Azərbaycan Ordusu bu təxribatların qarşısını qətiyyətlə alır.
Onu da qeyd edək ki, Forum iştirakçıları işğaldan azad edilmiş Zəngilan rayonunda oldular və “ağıllı kənd” layihəsinin ilk iştirakçısı olan Ağalı kəndində görülən işlərlə yaxından tanışlıq əsasında təəssüratlarını Forum çərçivəsində aparılan müzakirələrdə bölüşdülər. Bu reallıq iştirakçılar tərəfindən xüsusi qeyd edildi ki, strateji planlaşdırma, nəhəng icra və əlaqələndirmə prosesi, minatəmizləmə, infrastrukturun bərpası və artıq insanların geri qaytarılması, bütün bunlar təqdirəlayiqdir. O da vurğulandı ki, yaşadığımız dövrdə dünyanın heç bir yerində darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulduğu ikinci belə məkan yoxdur. Bu, görünməmiş haldır və bunun şahidi oluruq. Bütün bunlar Azərbaycan dövlətinin uğurlu siyasətinin nəticəsi kimi qeyd olunaraq dövlət başçısı İlham Əliyevə minnətdarlıq ifadə olundu. Bu reallıq hər zaman cənab İlham Əliyevin çıxışlarında, müsahibələrində əsaslı şəkildə qeyd edilir ki, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, Azərbaycan Ermənistana sülh təklifi etdi. Sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini - ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, gələcəkdə ərazi iddialarından çəkinməyi, güc tətbiq etməməyi və ya güc tətbiq etmək hədəsindən çəkinməyi, dövlət sərhədlərinin müəyyən edilməsini və kommunikasiyaların açılmasını irəli sürdü. Bütün bunlar beynəlxalq hüququn əsas prinsipləridir. Dövlət başçısı İlham Əliyevin digər çıxışları kimi, ADA Universitetində keçirilən Forumdakı nitqi də Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngin oldu. “Əgər Ermənistan hesab edir ki, bizə sülh onlardan çox lazımdırsa, fikrimcə, onlar yanılırlar. Biz sülhü onlar istədiyi qədər istəyirik. Əgər onlara bu lazımdırsa, onda bizə də lazımdır. Əgər onlara lazım deyilsə, onda bizə də lazım deyil. Mənim istər Şura Prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldə erməni tərəfi ilə təmaslarımda, istərsə də bəzi beynəlxalq tədbirlər çərçivəsində söhbətlərdə mən demişəm ki, əgər siz Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanımayacaqsınızsa, onda biz də sizin ərazi bütövlüyünüzü tanımayacağıq” bəyan edən dövlət başçısı İlham Əliyev bunun davamı olaraq onu da bildirdi ki, əgər siz ərazi bütövlüyümüzü sual altına çəkməkdə davam edəcəksinizsə, onda biz də sizin ərazi bütövlüyünüzü sual altına çəkəcəyik. Azərbaycan Ermənistanın silahlanması məsələsini diqqətdən kənarda saxlamır. Dövlət başçısı belə bir çağırışı səsləndirdi ki, Ermənistana silah təchiz edən Fransa və Hindistan kimi ölkələr hazırda odun üstünə yağ tökür və Ermənistanda reallıqdan uzaq xülyalar yaradır ki, guya onlar həmin silahlardan istifadə edərək Qarabağı geri ala bilərlər: “Mən həmin silahların keyfiyyəti ilə bağlı təfərrüatlara varmaq istəmirəm, baxmayaraq ki, onların hansı növ silah olmasını bilirəm. Lakin hətta əgər çox müasir silahlar olsa belə, onların şansı olmayacaq, çünki müharibə və onun nəticəsi silahla deyil, insanlar və onların əzmkarlığı ilə həll edilir. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın öz bəyanatlarına görə, erməni ordusunda döyüş meydanında 12 min fərari oldu, Azərbaycan Ordusunda isə sıfır. Beləliklə, onların şansı yoxdur. Bir sözlə, mənim onlara mesajım ondan ibarətdir ki, qoy burada, regionda elə vəziyyət yaratmasınlar ki, bizə hər hansı ziyan vurmağın planlaşdırılmamasından əmin olaq! Hələ ki, biz əmin deyilik. Bu səbəbdən, biz reaksiya vermirik... Biz cavab verməli olacağıq, çünki hər ölkə öz xalqını müdafiə etməlidir və ümid edirəm ki, bu cür cavaba ehtiyac qalmayacaq. Lakin bunun üçün yeni böyük qardaş rolunu oynamaq istəyən Ermənistanın yeni havadarlarına öz gözəl paytaxtında oturub dincəlməsi, rahat olması məsləhətlidir.”
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26

